Təhsil 365 - Logo Mobile

PMS imtahanın yekun nəticələri elan olunub

10415.12.2025 - 11:10
PMS imtahanın yekun nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

“Tehsil365” xəbər verir ki, qeyd olunan imtahanda iştirak edən namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olublar. Hazırda isə yazılı cavab tələb edən tapşırıqların nəticələri daxil olmaqla yekun imtahan nəticəsi təqdim olunub. İmtahan iştirakçıları DİM-in internet saytında yekun imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 783 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər müraciətlərini dekabrın 16-dan 20-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Müraciətə şəxsiyyət vəsiqəsinin surəti də əlavə olunmalıdır.

Müvəffəqiyyət şərtləri:

İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, 5 açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı

II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

Nərgiz Süleymanova

Xəbər Lenti

Tələbə yerdəki 100 manatı götürərkən yıxılıbmış16.12.2025 - 15:45
Xərçəngin dərmanı görün hansı heyvanda imiş16.12.2025 - 15:25
Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən açıqlama16.12.2025 - 14:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər16.12.2025 - 14:35
Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar16.12.2025 - 14:18
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük16.12.2025 - 14:00
Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib16.12.2025 - 13:45
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi16.12.2025 - 13:25
Orta məktəblər üçün yeni dərslik hazırlanacaq16.12.2025 - 13:10
"Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil" - Emin Əmrullayev16.12.2025 - 13:05
Maddi gəlirin artması üçün tələbə sayı azaldılmalıdır16.12.2025 - 12:58
Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq16.12.2025 - 12:47
Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir AÇIQLADI16.12.2025 - 12:35
İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA16.12.2025 - 12:25
Elm və təhsil naziri: "Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"16.12.2025 - 12:15
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub16.12.2025 - 12:00
Qarabağ Universitetində bəzi ixtisaslar beynəlxalq akkreditasiyadan keçib16.12.2025 - 11:25
MEMİM-in təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevirdə keçirilib - FOTOLAR16.12.2025 - 11:12
"Folklor İnstitutunun Türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri diqqəti cəlb edir"16.12.2025 - 10:55
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır16.12.2025 - 10:35
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır16.12.2025 - 10:20
Qəbul planını optimallaşdırmaq lazımdır16.12.2025 - 10:05
Taksi sürücüləri üçün test imtahanında 580 nəfər uğur qazanıb16.12.2025 - 09:55
Şagird sayı az olan məktəblərdə distant təhsil tətbiq ediləcək16.12.2025 - 09:40
Rəqəmsal təhsil məktəblər üçün nə dərəcədə faydalıdır?16.12.2025 - 09:25
BSU-da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib 16.12.2025 - 09:12
"Gecə Ovçusu"nun müəllifi Pərviz Rzalı yeni əsəri barədə danışdı16.12.2025 - 08:59
Valideynlərin böyük əksəriyyəti məktəb xərclərinə maddi dəstək vermək məcburiyyətindədir16.12.2025 - 08:46
Direktorlar süni intellekt səbəbindən valideyn şikayətlərində kəskin artım olduğunu bildirir16.12.2025 - 08:33
Pearson imtahan şurası ciddi pozuntulara görə 2 milyon funt sterlinq cərimələndi16.12.2025 - 08:20
Böyük Britaniyada təhsil alan qanalı tələbələr maliyyə böhranı ilə üzləşir16.12.2025 - 08:07
Təhsil həftəsi: 2025-ci ilin ABŞ Təhsil departamenti ilə bağlı vəziyyəti16.12.2025 - 07:54
Dehli məktəbləri IV sinif məhdudiyyətləri səbəbindən IX və XI siniflərdə hibrid təhsilə keçir16.12.2025 - 07:41
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə elan edildi16.12.2025 - 07:28
Dövlət İmtahan Mərkəzi "Magistr" xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib16.12.2025 - 07:15
Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli məktəbin şagirdləri "Xarı bülbül" coğrafiya bilik olimpiadasının qalibləri oldular16.12.2025 - 07:02
Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günü münasibətilə tədbir keçirilib 16.12.2025 - 06:49
16 dekabr 1991 — Azərbaycanda Dövlət Sərhəddinin Mühafizə Komitəsi yaradılıb16.12.2025 - 06:36
16 dekabr 2001 — Anar Mehdiyev anadan olub16.12.2025 - 06:23
16 dekabr 2000 — Məhəmməd Kərimli anadan olub16.12.2025 - 06:10
16 dekabr 1997 — Elşən Nurəliyev anadan olub16.12.2025 - 05:57
Azərbaycan FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər16.12.2025 - 05:44
16 dekabr 1927 — Tarixçi alim, akademik Cəmil Quliyev anadan olub16.12.2025 - 05:31
Firəngiz Əhmədovanın xatirəsi ehtiramla anılır16.12.2025 - 05:18
Azərbaycan teatr sənətinin tanınmış siması Firuzə Bədirbəyli anılır16.12.2025 - 05:05
Əfsanəvi azərbaycanlı təyyarəçi Adil Quliyev anılır16.12.2025 - 04:52
Caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsi anılır16.12.2025 - 04:39
Salatın Əsgərovanın doğum günü anılır – qəhrəman jurnalistin xatirəsi ehtiramla yad edilir16.12.2025 - 04:26