Təhsil 365 - Logo Mobile

AMEA-da Dünya Türk Dili Ailəsi Günü münasibətilə beynəlxalq simpozium keçirilib

10315.12.2025 - 11:25
AMEA-da Dünya Türk Dili Ailəsi Günü münasibətilə beynəlxalq simpozium keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 15 Dekabr - Dünya Türk Dili Ailəsi Günü münasibətilə “Dilin gücü, mədəniyyətin yaddaşı: Türk dünyasında ortaq dəyərlər” mövzusunda I beynəlxalq elmi simpozium keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli açaraq elmi simpoziumun Dünya Türk Dili Ailəsi Günündə keçirilməsinin təsadüfi olmadığını söyləyib. O bildirib ki, UNESCO Baş Konfransının Səmərqənddə keçirilmiş 43-cü sessiyasında bu əlamətdar günün qeyd olunması ilə bağlı qəbul edilmiş tarixi qərar türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. UNESCO-nun bu qərarı türk dövlətlərinin elmi və mədəni təşkilatları, xüsusilə TÜRKSOY və digər qurumlar arasında əməkdaşlığın daha da dərinləşməsinə geniş imkanlar açır. O, türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiyanın hazırda ən yüksək səviyyədə davam etdiyini söyləyərək, türk dilləri ailəsinin yalnız dilçilik kateqoriyası deyil, ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısı olduğunu qeyd edib.

“Dünyaya nümunə göstərilən Azərbaycan-Türkiyə birliyi, qardaşlığı sarsılmaz və əbədidir”, - deyən Mehman Həsənli iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Direktor müavini, həmçinin AMEA-nın Türkiyə və Özbəkistanın elm və təhsil qurumları ilə elmi əlaqələrinə diqqət çəkib. O, Azərbaycanın zəngin ənənəyə malik türkologiya elminin və Türk dünyası ilə əlaqələrin inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Alim, həmçinin ortaq əlifbanın xalqlarımızın mənəvi birliyinə xidmət edəcəyini, türk xalqlarını bir çox sahələrdə daha da yaxınlaşdıracağını qeyd edib.

Çıxışının sonunda Mehman Həsənli beynəlxalq tədbirin Türk dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, yeni ortaq layihələrin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Türkiyənin Qafqaz Universitetinin Ebu'l Hasan Harakani Tədqiqat və Tətbiq Mərkəzinin müdiri dosent Muhammed Alparslan Kartal çıxış edərək tədbirin Dünya Türk Dili Ailəsi Gününə həsr olunan ilk beynəlxalq simpozium kimi tarixi əhəmiyyət daşıdığını söyləyib. O, simpoziumun növbəti illərdə Türkiyədə, Özbəkistanda və digər türk dövlətlərində keçirilməsini məqsədəuyğun hesab edib.

Muhammed Alparslan Kartal beynəlxalq simpoziumun türkdilli dövlətlər arasında elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.

Tədbirdə Uludağ Ətraf Mühit Agentliyinin rəis müavini professor Mehmet Yüce, Özbəkistanın Beynəlxalq Buxara Universitetinin rektoru professor Şarif Baratov, Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru professor Tahirə Məmməd və başqaları çıxış ediblər. Çıxışlarda 2026-cı ildə türk xalqlarının dil, mədəniyyət və elmi əməkdaşlıq tarixində mühüm mərhələ olan Birinci Türkoloji Qurultayın 100 illiyinin də Bakıda qeyd olunacağı bildirilib.

Simpozium işini “Türk coğrafiyası ədəbiyyat və mədəniyyətdə: ortaq dəyərlər”, “Türk dil tarixi, söz varlığı və ortaq dil məsələləri”, “Türk dünyasında söz mədəniyyəti: Folklor və ortaq dəyərlər”, “Klassik və modern türk ədəbiyyatı: mətnlər, şeir və kimlik”, “Tarix, milli dəyərlər və siyasət”, “Din, dəyərlər, təhsil və tarixi irs”, “Türk ədəbiyyatında qədim dəyərlər” adlı panel iclasları ilə davam etdirib.

Nərgiz Süleymanova

Xəbər Lenti

Tələbə yerdəki 100 manatı götürərkən yıxılıbmış16.12.2025 - 15:45
Xərçəngin dərmanı görün hansı heyvanda imiş16.12.2025 - 15:25
Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən açıqlama16.12.2025 - 14:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər16.12.2025 - 14:35
Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar16.12.2025 - 14:18
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük16.12.2025 - 14:00
Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib16.12.2025 - 13:45
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi16.12.2025 - 13:25
Orta məktəblər üçün yeni dərslik hazırlanacaq16.12.2025 - 13:10
"Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil" - Emin Əmrullayev16.12.2025 - 13:05
Maddi gəlirin artması üçün tələbə sayı azaldılmalıdır16.12.2025 - 12:58
Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq16.12.2025 - 12:47
Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir AÇIQLADI16.12.2025 - 12:35
İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA16.12.2025 - 12:25
Elm və təhsil naziri: "Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"16.12.2025 - 12:15
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub16.12.2025 - 12:00
Qarabağ Universitetində bəzi ixtisaslar beynəlxalq akkreditasiyadan keçib16.12.2025 - 11:25
MEMİM-in təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevirdə keçirilib - FOTOLAR16.12.2025 - 11:12
"Folklor İnstitutunun Türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri diqqəti cəlb edir"16.12.2025 - 10:55
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır16.12.2025 - 10:35
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır16.12.2025 - 10:20
Qəbul planını optimallaşdırmaq lazımdır16.12.2025 - 10:05
Taksi sürücüləri üçün test imtahanında 580 nəfər uğur qazanıb16.12.2025 - 09:55
Şagird sayı az olan məktəblərdə distant təhsil tətbiq ediləcək16.12.2025 - 09:40
Rəqəmsal təhsil məktəblər üçün nə dərəcədə faydalıdır?16.12.2025 - 09:25
BSU-da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib 16.12.2025 - 09:12
"Gecə Ovçusu"nun müəllifi Pərviz Rzalı yeni əsəri barədə danışdı16.12.2025 - 08:59
Valideynlərin böyük əksəriyyəti məktəb xərclərinə maddi dəstək vermək məcburiyyətindədir16.12.2025 - 08:46
Direktorlar süni intellekt səbəbindən valideyn şikayətlərində kəskin artım olduğunu bildirir16.12.2025 - 08:33
Pearson imtahan şurası ciddi pozuntulara görə 2 milyon funt sterlinq cərimələndi16.12.2025 - 08:20
Böyük Britaniyada təhsil alan qanalı tələbələr maliyyə böhranı ilə üzləşir16.12.2025 - 08:07
Təhsil həftəsi: 2025-ci ilin ABŞ Təhsil departamenti ilə bağlı vəziyyəti16.12.2025 - 07:54
Dehli məktəbləri IV sinif məhdudiyyətləri səbəbindən IX və XI siniflərdə hibrid təhsilə keçir16.12.2025 - 07:41
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə elan edildi16.12.2025 - 07:28
Dövlət İmtahan Mərkəzi "Magistr" xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib16.12.2025 - 07:15
Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli məktəbin şagirdləri "Xarı bülbül" coğrafiya bilik olimpiadasının qalibləri oldular16.12.2025 - 07:02
Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günü münasibətilə tədbir keçirilib 16.12.2025 - 06:49
16 dekabr 1991 — Azərbaycanda Dövlət Sərhəddinin Mühafizə Komitəsi yaradılıb16.12.2025 - 06:36
16 dekabr 2001 — Anar Mehdiyev anadan olub16.12.2025 - 06:23
16 dekabr 2000 — Məhəmməd Kərimli anadan olub16.12.2025 - 06:10
16 dekabr 1997 — Elşən Nurəliyev anadan olub16.12.2025 - 05:57
Azərbaycan FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər16.12.2025 - 05:44
16 dekabr 1927 — Tarixçi alim, akademik Cəmil Quliyev anadan olub16.12.2025 - 05:31
Firəngiz Əhmədovanın xatirəsi ehtiramla anılır16.12.2025 - 05:18
Azərbaycan teatr sənətinin tanınmış siması Firuzə Bədirbəyli anılır16.12.2025 - 05:05
Əfsanəvi azərbaycanlı təyyarəçi Adil Quliyev anılır16.12.2025 - 04:52
Caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsi anılır16.12.2025 - 04:39
Salatın Əsgərovanın doğum günü anılır – qəhrəman jurnalistin xatirəsi ehtiramla yad edilir16.12.2025 - 04:26