Təhsil 365 - Logo Mobile

Cənubda yeni sitrus – armudvari limon yetişdirilir

8415.12.2025 - 16:15
Cənubda yeni sitrus – armudvari limon yetişdirilir

Uzun illərdir cənub bölgəsində sitrusçuluqla məşğul olan təcrübəli bağban Zəbiəli Əliyev naringi portağal, limon kimi müxtəlif sitrus növləri yetişdirir. Lakin yetişdirdiyi sitrus meyvələri arasında ən çox maraq doğuran armudvari limondur. Bu limon qeyri-adi forması, xüsusi dad xüsusiyyətləri ilə seçilir və son illər bölgədə böyük marağa səbəb olub.

Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Zəbiəli Əliyev armudvari limonu bir neçə il əvvəl xaricdən məhdud sayda gətirərək əkib. O, ilk ağaclardan məhsul aldıqdan sonra bu sortun nə qədər fərqli və diqqətçəkən olduğunu görüb.

“Afrikadan gətirilib. İlk dəfə bu limonu görəndə onun qeyri-adi forması qəribə gəldi. Armud kimi uzunsovdur – yuxarı hissəsi daha nazik, alt tərəfi isə bir qədər enli. Marağıma səbəb oldu və calaq yolu ilə çoxaltmağa başladım. Əvvəlcə bir-iki tinglə başladım, sonra gördüm ki, məhsulu da keyfiyyətlidir. Buna görə tədricən sayını artırdım”, - deyə Zəbiəli kişi bildirir.

Onun sözlərinə görə, bu sort həm də şaxtaya davamlıdır.

Bağban bir neçə ildir ki, tinglərin satışını da edir. Deyir ki, ildə təxminən 400-ə yaxın ting satır. Alıcıların çoxu da bu limonun ağacını onun meyvəsinin formasına görə alır. Bir ağacdan orta hesabla 40 kiloqram meyvə yığmaq olur. Dadı da özünəməxsusdur: həm şirəlidir, həm də ətirli. “Mən uzun illərdir limon yetişdirirəm, amma bu sortun dadı tamam başqa cürdür”, – deyə o vurğulayır.

Yeni limon sortu cənub bölgəsi üçün yeni olsa da, onun becərilmə texnologiyası elə də çətin deyil. Düzgün suvarma, günəş şüası və torpaq seçimi olduqdan sonra armudvari limon digər sitrus növləri qədər məhsuldar ola bilir.

Hazırda armudvari limon ağacları hələlik az saydadır. Bunun əsas səbəbi sortun yeni olması və tinglərin məhdud miqdarda gətirilməsidir. Lakin bağbanların fikrincə, növbəti illərdə bu sortun bölgədə geniş yayılması gözlənilir. Tələbatın çox olması bağ sahiblərini daha böyük ərazilərdə əkini genişləndirməyə həvəsləndirir.

Amidə Zeynalova

Xəbər Lenti

Şirməmməd Hüseynov – Azərbaycan jurnalistikasının görkəmli alimi və tədqiqatçısı17.12.2025 - 04:31
Hüseynqulu Bağırov – Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri17.12.2025 - 04:26
Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadənin doğum günüdür17.12.2025 - 04:13
Osman Sarıvəllinin xatirəsi anılır – xalq şairinin doğum günüdür17.12.2025 - 04:00
Kanadalı professor AzMİU-da seminarlar keçirir: qabaqcıl İKT məsələləri müzakirə olunur16.12.2025 - 19:56
Professor İvana Bozdyexova: Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir16.12.2025 - 19:49
Dramaturq: Neft mövzusuna həsr olunan pyesi altı günə tamamlamışam16.12.2025 - 19:49
Çinin Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da olublar16.12.2025 - 19:45
Emin Əmrullayev: ''Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır''16.12.2025 - 19:30
Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib16.12.2025 - 19:22
Rektor: ''Xaricdən elmi tədqiqat təcrübəsi məqsədilə gələn tələbələrin sayı artıb''16.12.2025 - 19:15
Qlobal Forumda Azərbaycanın azad edilmiş ərazilərində mədəni irsin bərpasından söz açılıb16.12.2025 - 19:00
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı başlayıb16.12.2025 - 18:33
Professor: Bir dəfə kitabxanaya getməyən necə alim ola bilər?16.12.2025 - 18:16
Kanadalı professor AzMİU-da akademik səfərdədir16.12.2025 - 18:01
BMU-da “Karyera həftəsi” çərçivəsində növbəti sərgi təşkil olunub16.12.2025 - 17:47
Universitetlərdə süni intellektlə idarəetmə ön plana çıxır16.12.2025 - 17:31
FIFA ilin ən yaxşılarını açıqlayıb16.12.2025 - 17:14
Tovuzda “STEAM-la xeyir qığılcımı” adlı layihə həyata keçirilib16.12.2025 - 16:57
“Türkiyədə təhsil tələbəni yalnız öyrətmir, onu həyata hazırlayır” — Emil İsmayılov16.12.2025 - 16:40
Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub16.12.2025 - 16:34
Aİ ölkələrinin ətraf mühit nazirləri “Avropanın ətraf mühiti – 2030” sənədini təsdiqləyiblər16.12.2025 - 16:19
14 yaşlı qızı təhsildən kim yayındırıb?16.12.2025 - 16:16
Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb16.12.2025 - 16:08
Qəbul imtahanlarının çətinliyi-Açıqlama16.12.2025 - 16:00
Tələbə yerdəki 100 manatı götürərkən yıxılıb16.12.2025 - 15:45
Xərçəngin dərmanı görün hansı heyvanda imiş16.12.2025 - 15:25
Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən açıqlama16.12.2025 - 14:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər16.12.2025 - 14:35
Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar16.12.2025 - 14:18
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük16.12.2025 - 14:00
Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib16.12.2025 - 13:45
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi16.12.2025 - 13:25
Orta məktəblər üçün yeni dərslik hazırlanacaq16.12.2025 - 13:10
"Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil" - Emin Əmrullayev16.12.2025 - 13:05
Maddi gəlirin artması üçün tələbə sayı azaldılmalıdır16.12.2025 - 12:58
Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq16.12.2025 - 12:47
Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir AÇIQLADI16.12.2025 - 12:35
İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA16.12.2025 - 12:25
Elm və təhsil naziri: "Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"16.12.2025 - 12:15
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub16.12.2025 - 12:00
Qarabağ Universitetində bəzi ixtisaslar beynəlxalq akkreditasiyadan keçib16.12.2025 - 11:25
MEMİM-in təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevirdə keçirilib - FOTOLAR16.12.2025 - 11:12
"Folklor İnstitutunun Türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri diqqəti cəlb edir"16.12.2025 - 10:55
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır16.12.2025 - 10:35
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır16.12.2025 - 10:20
Qəbul planını optimallaşdırmaq lazımdır16.12.2025 - 10:05
Taksi sürücüləri üçün test imtahanında 580 nəfər uğur qazanıb16.12.2025 - 09:55