Təhsil 365 - Logo Mobile

“Türkman marşı”na ilk dəfə Kərkükdə musiqi klipi çəkib

9415.12.2025 - 16:57
“Türkman marşı”na ilk dəfə Kərkükdə musiqi klipi çəkib

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi bu il “Türkman marşı”nı ərsəyə gətirib. Marşı təşkilatın sədri, vətənpərvərlik mahnılarının görkəmli ifaçısı Şəmistan Əlizamanlı ifa edib. Musiqi əsərinin sözləri tanınmış türkman şairi, vaxtilə Kərkükün polis rəisi olan və sui-qəsd nəticəsində öldürülmüş Sabah Karaaltına (1956-2006) məxsusdur. Layihənin donoru Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Tehsil365“ “AZƏRTAC”a istinadla bildirilib ki, musiqi əsərinə klip çəkilişləri Kərkükdə olub. Şəmistan Əlizamanlının sözlərinə görə, bu, Azərbaycanın Kərkükdə ilk klip çəkilişi olmaqla, tarixi hadisədir: “Bir neçə gün əvvəl İraqdan qayıtmışıq. Türkmaneli TV-nin də yaxından dəstəyi ilə orada klip çəkilişlərimiz baş tutdu. Təəssüratlarım çox yüksəkdir. Türkmanlar soykökü, qanı, dili, dini eyni olan can qardaşlarımızdır. İllərin həsrəti, ayrılığı bizi çox üzüb, indi şükürlər olsun ki, Azərbaycan və İraq münasibətləri elə səviyyəyə qalxıb ki, türkman qardaşlarımızla əlaqələrimiz getdikcə genişlənir. Bu ilin martında Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirildi. Həmin forum mədəni əlaqələrimizin bərpası üçün böyük təkan oldu. Türkman irsinin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev “İraq-türkman poeziya antologiyası”nı tərtib edib, həmin antologiyanın redaktoru da professor Sübhi Saatçıdır. Həmin kitabda Sabah Karaaltının bir şeiri məni çox təsirləndirdi. Həmin şeirdə Təlafərdən, Məndəlidən bəhs olunur. Kitabda Qəzənfər Paşayev də izah verirdi ki, Təlafər İraqın Türkiyə sərhədində bir şəhərdir, Məndəli isə ölkənin lap cənubunda, İran sərhədinə yaxın bir türkman qəsəbəsidir. Türkmanlar bütün ölkə boyu bu iki məntəqə arasında məskunlaşıblar. Bu şeir mənə ilham verdi ki, onun musiqisini də bəstələyim. Nəticədə “Türkman marşı” ərsəyə gəldi. Aranjimançısı Asif Kərimov, səs rejissoru Faiq Ələkbərov olan bu musiqi əsəri düşünürəm ki, Sabah Karaaltının da ruhunu sevindirəcək. Mən bu musiqi əsərini əziz türkman qardaşlarımıza hədiyyə edirəm”.

Kərkükdə çəkilmiş musiqi klipinin 2026-cı ilin yanvarında Bakıda təqdimat mərasimi keçiriləcək. Hazırda montaj işləri davam edir.

Alsu İsmayılova

Xəbər Lenti

Şirməmməd Hüseynov – Azərbaycan jurnalistikasının görkəmli alimi və tədqiqatçısı17.12.2025 - 04:31
Hüseynqulu Bağırov – Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri17.12.2025 - 04:26
Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadənin doğum günüdür17.12.2025 - 04:13
Osman Sarıvəllinin xatirəsi anılır – xalq şairinin doğum günüdür17.12.2025 - 04:00
Kanadalı professor AzMİU-da seminarlar keçirir: qabaqcıl İKT məsələləri müzakirə olunur16.12.2025 - 19:56
Dramaturq: Neft mövzusuna həsr olunan pyesi altı günə tamamlamışam16.12.2025 - 19:49
Professor İvana Bozdyexova: Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir16.12.2025 - 19:49
Çinin Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da olublar16.12.2025 - 19:45
Emin Əmrullayev: ''Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır''16.12.2025 - 19:30
Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib16.12.2025 - 19:22
Rektor: ''Xaricdən elmi tədqiqat təcrübəsi məqsədilə gələn tələbələrin sayı artıb''16.12.2025 - 19:15
Qlobal Forumda Azərbaycanın azad edilmiş ərazilərində mədəni irsin bərpasından söz açılıb16.12.2025 - 19:00
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı başlayıb16.12.2025 - 18:33
Professor: Bir dəfə kitabxanaya getməyən necə alim ola bilər?16.12.2025 - 18:16
Kanadalı professor AzMİU-da akademik səfərdədir16.12.2025 - 18:01
BMU-da “Karyera həftəsi” çərçivəsində növbəti sərgi təşkil olunub16.12.2025 - 17:47
Universitetlərdə süni intellektlə idarəetmə ön plana çıxır16.12.2025 - 17:31
FIFA ilin ən yaxşılarını açıqlayıb16.12.2025 - 17:14
Tovuzda “STEAM-la xeyir qığılcımı” adlı layihə həyata keçirilib16.12.2025 - 16:57
“Türkiyədə təhsil tələbəni yalnız öyrətmir, onu həyata hazırlayır” — Emil İsmayılov16.12.2025 - 16:40
Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub16.12.2025 - 16:34
Aİ ölkələrinin ətraf mühit nazirləri “Avropanın ətraf mühiti – 2030” sənədini təsdiqləyiblər16.12.2025 - 16:19
14 yaşlı qızı təhsildən kim yayındırıb?16.12.2025 - 16:16
Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb16.12.2025 - 16:08
Qəbul imtahanlarının çətinliyi-Açıqlama16.12.2025 - 16:00
Tələbə yerdəki 100 manatı götürərkən yıxılıb16.12.2025 - 15:45
Xərçəngin dərmanı görün hansı heyvanda imiş16.12.2025 - 15:25
Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən açıqlama16.12.2025 - 14:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər16.12.2025 - 14:35
Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar16.12.2025 - 14:18
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük16.12.2025 - 14:00
Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib16.12.2025 - 13:45
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi16.12.2025 - 13:25
Orta məktəblər üçün yeni dərslik hazırlanacaq16.12.2025 - 13:10
"Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil" - Emin Əmrullayev16.12.2025 - 13:05
Maddi gəlirin artması üçün tələbə sayı azaldılmalıdır16.12.2025 - 12:58
Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq16.12.2025 - 12:47
Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir AÇIQLADI16.12.2025 - 12:35
İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA16.12.2025 - 12:25
Elm və təhsil naziri: "Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"16.12.2025 - 12:15
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub16.12.2025 - 12:00
Qarabağ Universitetində bəzi ixtisaslar beynəlxalq akkreditasiyadan keçib16.12.2025 - 11:25
MEMİM-in təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevirdə keçirilib - FOTOLAR16.12.2025 - 11:12
"Folklor İnstitutunun Türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri diqqəti cəlb edir"16.12.2025 - 10:55
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır16.12.2025 - 10:35
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır16.12.2025 - 10:20
Qəbul planını optimallaşdırmaq lazımdır16.12.2025 - 10:05
Taksi sürücüləri üçün test imtahanında 580 nəfər uğur qazanıb16.12.2025 - 09:55