"Münasibətlərdə eşq, sevgi və bağlılıq arasındakı fərqlər insanların psixoloji vəziyyətinə böyük təsir göstərir. İnsanlar çox zaman ilkin mərhələdə hislərini düzgün qiymətləndirmirlər."
Bu barədə "Tehsil365"ə açıqlama verən psixoloq Gövhər Məmmədova bildirib ki:
"İlk öncə sevgi münasibəti eşq adı altında yaranır və insanlar sevdiklərini zənn edirlər, lakin eşq mi, sevgi mi, yoxsa asılılıq mı olduğunu düşünmürlər. Təkcə istədiyiniz eşqi duyduğunuz insanın yanında olmaq, daima onu görmək, səsini eşitmək və yalnız onun haqqında düşünmək istəyirsiniz. Bu münasibətin ilkin mərhələsi adlanır.Müddət keçdikcə həyəcan və nodadrenalin azalır və insan bir anda qarşı tərəfin mənfi xüsusiyyətlərini görməyə başlayır. Əgər hislər sadəcə eşq üzərinə qurulmayıbsa, davamında sevgi ilə əvəz olunan sağlam münasibət formalaşır. Əks halda isə münasibət sona çatır."
Əlavə olaraq G. Məmmədova bildirib ki: Bəzən bu duyğular bağlılığa çevrilir və qarşı tərəfi həyatın bir parçası kimi qəbul edirlər. Bu mərhələdə insan qarşı tərəf olmadığı halda hər şeyin bitəcəyi qorxusu ilə üzləşir. Bu qorxu obsesiyaya çevrilə bilər və həyat keyfiyyətini aşağı sala bilər.
Sonda psixoloq qeyd edib ki:"Hiss olunur ki, insan tək halda mövcud deyil, tək qalarsa nəyi necə edəcəyini bilməyəcək. Belə düşüncələr vahiməli hal alır və bəzən intihara da gətirib çıxara bilər."

