“Müəllim sözünü düzgün yaza bilməyən müəllimlərlə sağollaşmışıq”
“Tehsil365” xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan “Vacib Sual” verilişində bildirib ki, son 10 ildə Azərbaycanda müəllimlərin keyfiyyəti əsaslı şəkildə artıb.
Nazirin sözlərinə görə:
Diaqnostika və sertifikatlaşdırma prosesləri nəticə verib
İşə qəbul olunan müəllimlərin bilik səviyyəsi yüksəlib
Yüzlərlə müəllim qəbul imtahanlarında 500-dən çox bal toplayıb
Saxta diplomlu və savadsız müəllimlərlə artıq yollar ayrılıb
“Bu onu göstərir ki, gələcək müəllimlərimizin diplomları saxta deyil” – deyə nazir vurğulayıb.

