16 dekabr 1898-ci ildə Bakıda anadan olmuş Qəzənfər Ələkbər oğlu Xalıqov Azərbaycan təsviri sənətinin ilk peşəkar nümayəndələrindən biri kimi tarixə düşüb.
"Tehsil365" xəbər verir ki, O, milli rəssamlıq məktəbinin formalaşmasında mühüm rol oynamış, yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermişdir.
Ömrünün böyük hissəsini sənətə həsr edən Xalıqovun fəaliyyəti yüksək qiymətləndirilmiş, 1973-cü ildə ona Azərbaycan SSR xalq rəssamı fəxri adı verilmişdir.
Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun yaradıcılığı bu gün də sənətsevərlər və tədqiqatçılar tərəfindən böyük maraqla öyrənilir və yad edilir.

