16 dekabr 1934-cü ildə Bakının Əmircan qəsəbəsində anadan olmuş Tofiq Qulam oğlu Bayramov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınır.
"Tehsil365" xəbər verir ki, O, həm şair, həm də tərcüməçi kimi zəngin ədəbi irs yaradaraq, oxucuların rəğbətini qazanmışdır.
Tofiq Bayramovun yaradıcılığı milli poeziyada özünəməxsus yer tutur. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbi mühitdə fəal iştirak etmiş, bir çox beynəlxalq ədəbi nümunələri Azərbaycan dilinə uğurla tərcümə etmişdir. 1984-cü ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Şair 19 aprel 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun əsərləri bu gün də poeziya sevərlər tərəfindən maraqla oxunur və ədəbiyyatımızda silinməz iz buraxmışdır.

