15 dekabr — Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının peşə bayramı günüdür.
“Tehsil365” xəbər verir ki, Bu gün fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, əhalinin və ətraf mühitin təhlükəsizliyinin təmin olunması sahəsində çalışan insanların peşəsinə verilən yüksək dəyərin təcəssümüdür.
FHN 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində struktur olaraq formalaşan Nazirlik respublikada və regionda baş verən təbii fəlakətlərə çevik reaksiya verən, insan həyatının təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan bir quruma çevrilib.
Bu münasibətlə fövqəladə hallar orqanlarında çalışan hər kəsə təşəkkür edilir, onların cəmiyyətin təhlükəsizliyi naminə gördüyü gərgin və məsuliyyətli xidmət yüksək qiymətləndirilir.
Bayram münasibətilə bütün FHN əməkdaşlarını təbrik edirik!

