1997-ci ilin 16 dekabr tarixində Elşən Nurəliyev dünyaya gəlib.
"Tehsil365" xəbər verir ki,O, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi Vətənə xidmət etmişdir. Elşən Nurəliyev vətənpərvərliyi, əsgəri borcuna sədaqəti ilə tanınıb. Azərbaycan ordusunun gənc nümayəndələrindən biri olaraq, o, ölkənin müdafiəsində və təhlükəsizliyində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Bu gün onun doğum günüdür. Elşən Nurəliyev kimi vətənə xidmət edən hər bir əsgər xalqımızın fəxridir.

