1991-ci il dekabrın 16-da Azərbaycanda Dövlət Sərhəddinin Mühafizə Komitəsi təsis edilib.
"Tehsil365" xəbər verir ki, Bu mühüm addım ölkəmizin sərhədlərinin mühafizəsinin gücləndirilməsi və dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində atılmış əsaslı addımlardan biri kimi qiymətləndirilir.
Komitənin yaradılması ilə Azərbaycanın sərhəd nəzarət sistemi müasir tələblərə uyğun təşkil olunub, sərhədlərin qorunması və qanunsuz keçidlərin qarşısının alınması daha effektiv şəkildə həyata keçirilir. Dövlət Sərhəddinin Mühafizə Komitəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təminatında mühüm rol oynayır.

