15 dekabr görkəmli Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür (1909-1974).
“Tehsil365” xəbər verir ki, Onun həyat və yaradıcılığı haqqında məlumatları şagirdlərə çatdırmaq məqsədilə Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin kitabxanasında yubiley tədbiri — dəyirmi masa təşkil olunmuşdur.
"Tanınmış şəxsiyyətlər" təqvimi çərçivəsində keçirilən tədbirin əsas hədəfi şagirdlərin dünya və Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini daha yaxından tanıması, bilik dairələrinin genişləndirilməsi və mədəni dünyagörüşlərinin formalaşdırılmasıdır.
Dəyirmi masa zamanı kitabxanaçı Qənirə Sadıxova Səttar Bəhlulzadənin zəngin yaradıcılığı və həyat yolu barədə ətraflı məlumat verərək, onun Azərbaycan təsviri sənətindəki misilsiz rolunu vurğulamışdır.
Belə tədbirlər məktəblilərin mədəni irsə olan marağını artırmaqda və vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynayır.

