Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri coğrafiya fənni üzrə keçirilən "Xarı bülbül" bilik olimpiadasının final turunda uğurla çıxış edərək qalib oldular.
“Tehsil365” xəbər verir ki, Olimpiadada aşağıdakı nəticələr əldə olunub:
- I yer: Vəlizadə Yusif Hidayət (IX sinif)
- I yer: Hüseynli Zəhra Amid (IX sinif)
- II yer: Əzimzadə Pakizər Əfqan (IX sinif)
- III yer: Nurəliyev Nahid Vahid (XI sinif)
Şagirdlərimizi ürəkdən təbrik edir, gələcək olimpiadalarda da uğurlar arzulayırıq. Bu nailiyyətlər məktəbin təhsil səviyyəsinin yüksəldiyini və şagirdlərin bilik və bacarıqlarının inkişaf etdiyini göstərir.

