Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları ilə bağlı "Magistr" xüsusi buraxılışının 1-ci nömrəsini çap edib.
“Təhsil365” xəbər verir ki, Jurnalda 2025-ci ilin qəbul imtahanı proqramları, qəbul qaydaları, xarici dillər, informatika və məntiqi təfəkkür üzrə test tapşırıqları və onların izahları həm Azərbaycan, həm də rus dillərində təqdim olunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299), "Abituriyent" satış məntəqəsindən (Bakı, Nizami rayonu, Davud Aslan küçəsi 2A) və kitab mağazalarından əldə etmək mümkündür. Eyni zamanda, jurnalı www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək olar.

