Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Aparatı və regional bölmələrində vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə elan edilib.
“Tehsil365” xəbər verir ki, Vakant vəzifələr, onların tutulma şərtləri və digər əlaqədar məsələlərlə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi saytından əldə etmək mümkündür.
Namizədlər üçün bu fürsət dövlət qulluğuna qəbulda yeni imkanlar yaradır. Müraciət etmək istəyənlər müvafiq tələbləri diqqətlə öyrənməlidirlər.

