Pearson imtahan şurası Ofqual tərəfindən standartlarda "ciddi" pozuntulara yol verdiyi üçün 2 milyon funt sterlinq məbləğində cərimələnib.
“Tehsil365” xəbər verir ki, Cərimənin əsas səbəbi bəzi namizədlərin evdə verdiyi ingilis dili imtahanları, A səviyyəli Çin dili və GCSE ingilis dili imtahanları ilə bağlı pozuntuların aşkar olunmasıdır.
Ofqual imtahanların şəffaflığı və etibarlılığının təmin olunması məqsədilə ciddi nəzarəti davam etdirir və pozuntulara qarşı sərt tədbirlər görür. Pearson şirkəti isə bu məsələyə münasibət bildirərək gələcəkdə belə hallarının qarşısını almağa çalışacağını açıqlayıb.

