Təhsil 365 - Logo Mobile

BSU-da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib

10516.12.2025 - 09:12
BSU-da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib

Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan “Türk dili-ana dilim” adlı tədbir keçirilib.

Tehsil365” xəbər verir ki, Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin (MM) deputatı, Azərbaycan-Türkiyə(Türkmənistan, Özbəkistan, Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, MM-in deputatı, Türk Dövlətləri Parlament Assambleyasının üzvü Günay Əfəndiyeva , MM-in deputatı, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hikmət Babaoğlu, Bakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzova, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2024-cü ildə andiçmə mərasimində türk dili ilə bağlı səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, UNESCO-nun 2025-ci ilin oktyabr ayında Səmərqənd şəhərində keçirilmiş Baş Konfransında qəbul edilən bu qərarın icrasına artıq başlanılıb və türk dilləri ailəsi ilk dəfə olaraq qlobal səviyyədə vahid dil ailəsi kimi qeyd olunur. Bu qərar yalnız türkdilli ölkələr arasında mədəni əməkdaşlığın gücləndirilməsi deyil, eyni zamanda türk xalqlarının ortaq mənəvi köklərinin, dil və dəyərlərinin beynəlxalq miqyasda tanınmasının parlaq göstəricisidir.

A.Nağıyev qeyd edib ki, UNESCO kimi nüfuzlu, mötəbər beynəlxalq təşkilat tərəfindən türk dillərinin vahid dil ailəsi kimi tanınması və bu münasibətlə xüsusi günün təsis edilməsi ali təhsil müəssisələri baxımından Türkologiya elmin və türk kimliyinin qlobal nüfuzunun artmasının açıq ifadəsidir. Bu addım türk dillərinin bəşəri mədəniyyətin ayrılmaz hissəsi kimi qəbul edildiyini bir daha təsdiqləyir.

Rektor Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin bu günün mahiyyətini ifadə etdiyini qeyd edərək, Türk Dövlətləri Təşkilatının türk xalqları arasında siyasi, iqtisadi və humanitar sahələrdə həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, türk dilləri ailəsi yalnız elmi- linqvistik anlayış deyil, minilliklər boyu formalaşmış ortaq tarixi yaddaşın, mədəni irsin və mənəvi birliyin daşıyıcısıdır.

Çıxışda Ulu Öndər Heydər Əliyevin ana dilinin qorunması və inkişafı istiqamətində ardığı tarixi addımlar, eləcə də Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları xüsusi vurğulanıb.

A.Nağıyev bildirib ki, 2012-ci ildə Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında yaradılan Türk Dövlətləri Universitetlər Birliyi və “Orhun” Mübadilə Proqramı elm və təhsil sahəsində əməkdaşlığı təşviq edir, BSU isə 2024-cü ildən etibarən Türk Dövlətləri Universitetlər Birliyinin üzvüdür.

Rektor qeyd edib ki, BSU-da fəaliyyət göstərən Türk Araşdırmaları Mərkəzində, həmçinin Türkologiya və Balkanşünaslıq kafedralarında türk dilinin öyrənilməsi, türkoloji tədqiqatların aparılması universitetin mühüm əsaslardan birini təşkil edir. A.Nağıyev bildirib ki, BSU-da türk dilləri qrupundan Azərbaycan dili ilə yanaşı, Türk dili və ədəbiyyatı, Regionşünaslıq (Balkan, Mərkəzi Asiya ölkələri və Türkiyə üzrə) ixtisaslarında tədris olunur.

Çıxışda BSU-nun Bolqarıstan, Ukrayna, Belarus və Rusiyada fəaliyyət göstərən mərkəzlərində Azərbaycan dili dərslərinin təşkili, eləcə də xarici tələbələr üçün hazırlanmış Azərbaycan dili dərslikləri barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan dilinin və mədəniyyətinin qlobal təbliği BSU-nun əsas məramlarından biridir.

Rektor son dövrlərdə BSU-nun türk dünyasının bir sıra nüfuzlu ali təhsil müəssisələri – Qazaxıstanın Şimkent Universiteti, Türkiyənin Mərmərə, Trakya, Tekirdağ Namik Kamal, Rumeli universitetləri, eləcə də Özbəkistan Namanqan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini bildirib.

Sonda vurğulanıb ki, 200 milyondan çox insanın danışdığı türk dilləri ailəsi dünyanın ən böyük dil qruplarından biridir və bu zənginlik gələcəkdə daha güclü və inteqrasiya olunmuş türk birliyinin formalaşmasına mühüm töhfə verəcək. 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü ortaq dilimizin, ortaq kökümüzün və ortaq mənəvi dəyərlərimizin bayramıdır.

Tədbirdə MM-in deputatı, Azərbaycan–Türkiyə (Türkmənistan, Özbəkistan və Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı Dünya Türk Dili Ailəsi Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil. Qeyd olunub ki, avropalı türkoloq alim Vilhelm Tomsen 1893-cü il dekabrın 15-də “Orxon” kitabələrinin türk dilində yazıldığını beynəlxalq elmi ictimaiyyətə təqdim edib. Bu tarixi fakt Dünya Türk Dili Ailəsi Gününün məhz həmin gün qeyd olunmasına rəmzi məna qazandırır.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı çıxışında vurğulayıb ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda düşüncənin, mədəniyyətin və mənəvi dəyərlərin ifadə formasıdır. Onun sözlərinə görə, dil xalqın dünyagörüşünü, tarixi yaddaşını və intellektual irsini nəsildən-nəslə ötürən əsas amildir.

MM-in deputatları Mehriban Vəliyeva, Günay Əfəndiyeva,Hikmət Babağoğlu və Bakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzova çıxışlarında dilin nəsillərarası körpü olduğunu, bir xalqın dili yaşadıqca onun gələcəyinin də qorunduğunu qeyd ediblər. Türk dilinin qədim tarixi və birləşdirici rolu xüsusi vurğulanıb.

Daha sonra Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Əsr Türkün Olacaq”mahnısının klipi nümayiş olunub.

Tədbir 3 nömrəli Uşaq Yaradıcı Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış bədii hissə ilə davam edib.









































Cümşüdova Gülbadam

Xəbər Lenti

Şirməmməd Hüseynov – Azərbaycan jurnalistikasının görkəmli alimi və tədqiqatçısı17.12.2025 - 04:31
Hüseynqulu Bağırov – Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri17.12.2025 - 04:26
Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadənin doğum günüdür17.12.2025 - 04:13
Osman Sarıvəllinin xatirəsi anılır – xalq şairinin doğum günüdür17.12.2025 - 04:00
Kanadalı professor AzMİU-da seminarlar keçirir: qabaqcıl İKT məsələləri müzakirə olunur16.12.2025 - 19:56
Dramaturq: Neft mövzusuna həsr olunan pyesi altı günə tamamlamışam16.12.2025 - 19:49
Professor İvana Bozdyexova: Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir16.12.2025 - 19:49
Çinin Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da olublar16.12.2025 - 19:45
Emin Əmrullayev: ''Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır''16.12.2025 - 19:30
Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib16.12.2025 - 19:22
Rektor: ''Xaricdən elmi tədqiqat təcrübəsi məqsədilə gələn tələbələrin sayı artıb''16.12.2025 - 19:15
Qlobal Forumda Azərbaycanın azad edilmiş ərazilərində mədəni irsin bərpasından söz açılıb16.12.2025 - 19:00
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı başlayıb16.12.2025 - 18:33
Professor: Bir dəfə kitabxanaya getməyən necə alim ola bilər?16.12.2025 - 18:16
Kanadalı professor AzMİU-da akademik səfərdədir16.12.2025 - 18:01
BMU-da “Karyera həftəsi” çərçivəsində növbəti sərgi təşkil olunub16.12.2025 - 17:47
Universitetlərdə süni intellektlə idarəetmə ön plana çıxır16.12.2025 - 17:31
FIFA ilin ən yaxşılarını açıqlayıb16.12.2025 - 17:14
Tovuzda “STEAM-la xeyir qığılcımı” adlı layihə həyata keçirilib16.12.2025 - 16:57
“Türkiyədə təhsil tələbəni yalnız öyrətmir, onu həyata hazırlayır” — Emil İsmayılov16.12.2025 - 16:40
Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub16.12.2025 - 16:34
Aİ ölkələrinin ətraf mühit nazirləri “Avropanın ətraf mühiti – 2030” sənədini təsdiqləyiblər16.12.2025 - 16:19
14 yaşlı qızı təhsildən kim yayındırıb?16.12.2025 - 16:16
Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb16.12.2025 - 16:08
Qəbul imtahanlarının çətinliyi-Açıqlama16.12.2025 - 16:00
Tələbə yerdəki 100 manatı götürərkən yıxılıb16.12.2025 - 15:45
Xərçəngin dərmanı görün hansı heyvanda imiş16.12.2025 - 15:25
Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən açıqlama16.12.2025 - 14:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər16.12.2025 - 14:35
Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar16.12.2025 - 14:18
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük16.12.2025 - 14:00
Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib16.12.2025 - 13:45
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi16.12.2025 - 13:25
Orta məktəblər üçün yeni dərslik hazırlanacaq16.12.2025 - 13:10
"Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil" - Emin Əmrullayev16.12.2025 - 13:05
Maddi gəlirin artması üçün tələbə sayı azaldılmalıdır16.12.2025 - 12:58
Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq16.12.2025 - 12:47
Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir AÇIQLADI16.12.2025 - 12:35
İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA16.12.2025 - 12:25
Elm və təhsil naziri: "Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"16.12.2025 - 12:15
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub16.12.2025 - 12:00
Qarabağ Universitetində bəzi ixtisaslar beynəlxalq akkreditasiyadan keçib16.12.2025 - 11:25
MEMİM-in təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevirdə keçirilib - FOTOLAR16.12.2025 - 11:12
"Folklor İnstitutunun Türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri diqqəti cəlb edir"16.12.2025 - 10:55
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır16.12.2025 - 10:35
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır16.12.2025 - 10:20
Qəbul planını optimallaşdırmaq lazımdır16.12.2025 - 10:05
Taksi sürücüləri üçün test imtahanında 580 nəfər uğur qazanıb16.12.2025 - 09:55