Növbəti tədris ilindən — 2026/2027-ci illərdən etibarən şagird sayı az olan təhsil müəssisələrində dərslərin distant formada təşkili nəzərdə tutulur. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
“Tehsil365” xəbər verir ki, məqsəd təhsilin keyfiyyətinin qorunması, resurslardan daha səmərəli istifadə və müəllim təminatının yaxşılaşdırılmasıdır.

