"Distant təhsilə səmərəlilik, şagirdlərin daşınması və onların rahatlığı baxımından yanaşılır".
“Tehsil365” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə verdiyi müsahibədə deyib.
Nazir məsələnin hazırda gündəmdə olduğunu və distant təhsil modelinin tətbiqinin mümkün olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu modelin tətbiqi növbəti tədris ilindən etibarən həyata keçirilə bilər.

