Təhsil 365 - Logo Mobile

Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib

8416.12.2025 - 13:45
Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib

Bu gün “IMZA Idea Lab” süni intellekt əsaslı yaradıcı hədiyyə axtarışı və satışı platformasının tərəfdaşlar üçün təqdimat tədbiri keçirilib.

Tehsil365” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbir çərçivəsində “IMZA Idea Lab” platforması haqqında ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təqdimat çərçivəsində məlumat verilib ki, insanların gündəlik həyatda qarşılaşdığı ən böyük çətinliklərdən biri müxtəlif əlamətdar günlərdə dəyər verdikləri insanlar üçün yaradıcı hədiyyə seçimidir. Bəzi hallarda hədiyyə alan şəxs ümumiyyətlə nə alacağına dair ideya sahibi olmur, bəzən isə o, əvvəlki illərdə hədiyyə qəbul edən şəxsə müxtəlif hədiyyələr alıb və yenilik axtarışındadır.

www.imzaidea.com platformasının mahiyyəti məhz ondan ibarətdir ki, süni intellekt dəstəyi də daxil olmaqla əlamətdar günlərdə müxtəlif kateqoriyalardan olan insanlar üçün yaradıcı hədiyyə tapmağa kömək edir. Hazırda texnoloji baxımdan innovasiya sayılan belə bir platforma nə Azərbaycanda, nə də hər hansı bir ölkədə mövcuddur.

Saytın balansında olan məhsulların sayı çoxaldıqca süni intellektin səmərəlilik səviyyəsi yüksələcək və istifadəçi üçün daha geniş seçimlər təklif olunacaq.

Platformadan istifadə edərkən istifadəçi hədiyyə almaq üçün mövcud büdcəsini qeyd edir və platforma büdcəyə uyğun 4 hədiyyə seçimi verir. Seçim etdikdən sonra platforma istifadəçiyə elektron ödəmə imkanı və məhsulun ünvana çatdırılması xidmətlərini təklif edir. Saytda öz məhsulunu satışa çıxaracaq biznes tərəfdaşlarının da kifayət qədər qazancı olacaq. Tədbir zamanı tərəfdaşlıq şərtləri və müqaviləsi barədə tərəfdaşlara geniş məlumat verildi.

“IMZA Idea Lab”ın həmtəsisçisi Orxan Əhmədli çıxışı zamanı bildirib ki, platformada istifadə edilən süni intellekt məhz alıcıların istəklərinə uyğunlaşdırılıb: “Süni intellekt barədə sual yarana bilər ki, “mən özüm də hər hansı süni intellekt platformasından istifadə edə bilərəm, əlavə bir vasitə ilə ideya əldə etməyin mənası nədir?”

“Bunu bilməyiniz vacibdir ki, bizim platformada istifadə edəcəyiniz süni intellekt məhz sizin istəklərinizə uyğunlaşdırılıb və buradakı məhsulların arasından sizin axtardığınız hədiyyəni tapmağa kömək edəcək. Hədiyyə alana dair müvafiq fərdi məlumatları daxil etməklə siz həmin şəxsə ən uyğun və özəl hədiyyəni tapmaq, ödənişini edib ünvanınıza çatdırılmasını təmin edəcəksiz. Platformamızın istifadəçi sayının isə hər gün daha da çox artmasını proqnazlaşdırırıq. Bu isə məhsulların real alıcı ilə görüşməsi deməkdir. Bugün çoxsaylı instagram səhifələri var ki, çox yaradıcı əl işləri, fərdiləşdirilmiş hədiyyələr təklif edirlər və insanların çoxu həmin səhifələri tanımadığı üçün diqqətdən kənarda qalırlar. www.imzaidea.com platforması həmin səhifə idarəçiləri və sənətkarların da əl işlərini bir məkana toplayaraq hədiyyə seçimi olaraq istifadəçilərə təklif edə biləcək”.

O.Əhmədli həmçinin platformanın adının “İmza Idea Lab” olmasının səbəbini də açıqlayıb: “Dəyər verdiyiniz insanlara seçdiyiniz hər bir hədiyyə sizin imzanız qədər unikal olmalıdır. O insan özünü daha dəyərli hiss etməlidir. Ona görə platforma məhz “İmza” adlanır. “Idea Lab” isə ingilis dilindən tərcümədə ideya laboratoriyası deməkdir. Bizim platforma məhz laboratoriya prinsipi ilə çalışacaq, siz öz istəklərinizi deməklə müvafiq maddələri kolbaya doldurmuş olacaqsınız, biz sizə yekun maddəni hazırlayıb vermiş olacağıq”.

Qeyd edək ki, ikin mərhələdə platforma internet sayt üzərindən, növbəti mərhələdə isə mobil tətbiq və fiziki məsləhət xidməti şəklində fəaliyyət göstərəcək. Biznes tərəfdaşları öz məhsullarını www.imzaidea.com platforması üzərindən satışa çıxarmaq üçün saytın müvafiq bölməsindən idarəçilərə müraciət edə bilərlər.

Tədbirin yekununda platformanın növbəti 2 həftə müddətində test rejimində, 1 yanvardan etibarən isə tam funksionallıqla işləyəcəyi bildirilib

Amidə Zeynalova

Xəbər Lenti

Dinarə Əliyeva – Azərbaycan və Rusiya səhnələrinin parlaq soprano ifaçısı17.12.2025 - 04:52
Zabir Əliyev – Tanınmış televiziya aparıcısı17.12.2025 - 04:39
Şirməmməd Hüseynov – Azərbaycan jurnalistikasının görkəmli alimi və tədqiqatçısı17.12.2025 - 04:31
Hüseynqulu Bağırov – Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri17.12.2025 - 04:26
Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadənin doğum günüdür17.12.2025 - 04:13
Osman Sarıvəllinin xatirəsi anılır – xalq şairinin doğum günüdür17.12.2025 - 04:00
Kanadalı professor AzMİU-da seminarlar keçirir: qabaqcıl İKT məsələləri müzakirə olunur16.12.2025 - 19:56
Professor İvana Bozdyexova: Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir16.12.2025 - 19:49
Dramaturq: Neft mövzusuna həsr olunan pyesi altı günə tamamlamışam16.12.2025 - 19:49
Çinin Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da olublar16.12.2025 - 19:45
Emin Əmrullayev: ''Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır''16.12.2025 - 19:30
Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib16.12.2025 - 19:22
Rektor: ''Xaricdən elmi tədqiqat təcrübəsi məqsədilə gələn tələbələrin sayı artıb''16.12.2025 - 19:15
Qlobal Forumda Azərbaycanın azad edilmiş ərazilərində mədəni irsin bərpasından söz açılıb16.12.2025 - 19:00
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı başlayıb16.12.2025 - 18:33
Professor: Bir dəfə kitabxanaya getməyən necə alim ola bilər?16.12.2025 - 18:16
Kanadalı professor AzMİU-da akademik səfərdədir16.12.2025 - 18:01
BMU-da “Karyera həftəsi” çərçivəsində növbəti sərgi təşkil olunub16.12.2025 - 17:47
Universitetlərdə süni intellektlə idarəetmə ön plana çıxır16.12.2025 - 17:31
FIFA ilin ən yaxşılarını açıqlayıb16.12.2025 - 17:14
Tovuzda “STEAM-la xeyir qığılcımı” adlı layihə həyata keçirilib16.12.2025 - 16:57
“Türkiyədə təhsil tələbəni yalnız öyrətmir, onu həyata hazırlayır” — Emil İsmayılov16.12.2025 - 16:40
Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub16.12.2025 - 16:34
Aİ ölkələrinin ətraf mühit nazirləri “Avropanın ətraf mühiti – 2030” sənədini təsdiqləyiblər16.12.2025 - 16:19
14 yaşlı qızı təhsildən kim yayındırıb?16.12.2025 - 16:16
Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb16.12.2025 - 16:08
Qəbul imtahanlarının çətinliyi-Açıqlama16.12.2025 - 16:00
Tələbə yerdəki 100 manatı götürərkən yıxılıb16.12.2025 - 15:45
Xərçəngin dərmanı görün hansı heyvanda imiş16.12.2025 - 15:25
Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən açıqlama16.12.2025 - 14:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər16.12.2025 - 14:35
Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar16.12.2025 - 14:18
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük16.12.2025 - 14:00
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi16.12.2025 - 13:25
Orta məktəblər üçün yeni dərslik hazırlanacaq16.12.2025 - 13:10
"Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil" - Emin Əmrullayev16.12.2025 - 13:05
Maddi gəlirin artması üçün tələbə sayı azaldılmalıdır16.12.2025 - 12:58
Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq16.12.2025 - 12:47
Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir AÇIQLADI16.12.2025 - 12:35
İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA16.12.2025 - 12:25
Elm və təhsil naziri: "Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"16.12.2025 - 12:15
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub16.12.2025 - 12:00
Qarabağ Universitetində bəzi ixtisaslar beynəlxalq akkreditasiyadan keçib16.12.2025 - 11:25
MEMİM-in təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevirdə keçirilib - FOTOLAR16.12.2025 - 11:12
"Folklor İnstitutunun Türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri diqqəti cəlb edir"16.12.2025 - 10:55
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır16.12.2025 - 10:35
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır16.12.2025 - 10:20