Təhsil 365 - Logo Mobile

Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük

8616.12.2025 - 14:00
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük

Elm və təhsil naziri Emin Əmrullayev “fənlərin dövrü çoxdan bitib” və “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” fikirləri ilə diqqət çəkib. Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır.

Bəs müəllim maaşının məzmuna bağlı olması təhsil islahatlarını necə ləngidir?

Tehsil365” xəbər verir ki, bu barədə Təhsil eksperti Elçin Əfəndi Ölkə.Az-a açıqlamasında bildirib ki, burada bizim başlıca məqsədimiz şagird yönümlü olmalıdır.

Onun sözlərinə görə, şagirdin öyrənməsinə, təhsil müəssisəsində bilik və bacarıqlarını formalaşdırmasına daha çox üstünlük verməliyik:

"Əgər bu gün hər hansı bir təhsil verən təbii ki, şagirdin və yaxud da şagirdlərin öyrənməsini təmin edə bilmirsə, öz potensialını, bilik və bacarıqlarını qarşı tərəfə ötürə bilmirsə təbii ki, burada nazir haqlıdır. Burada əgər o müəllim öz vəzifə səlahiyyətlilərini düzgün icra edə bilmirsə, ona hər hansı bir əməkha ödənilməsi də düzgün deyil. Hal-hazırkı vəziyyətdə təbii ki, biz daha çox şagird yönümlü, yəni şagird mərkəzli dediyimiz məsələdə üstünlüyü şagirdin öyrənməsinə verməliyik. Dövlət bu qədər büdcədən maliyyə ayırır ki, Azərbaycan Respublikasının vətəndaşları təhsillə təmin olunsunlar. Hər bir şəxs üçün təhsilin əlçatanlığı təmin olunsun. Və burada da təhsilin də başlıca məqsədi öyrətməkdir. Yəni qarşı tərəfə öyrətmək. Burada təhsil alandan daha çox söhbət gedir və təhsil alanın daha yaxşı bilik və bacarıqlarının formalaşması üçün də dövlət müvafiq imkanları yaradır. Yəni infrastruktur baxımından təhsil müəssisəsi ilə təmin edir. Müvafiq avadanlıqlarla təmin edir. Həmin bilik və bacarıqları şagirdə ötürmək üçün müəllimlə təmin edir və s".

Ekspert bildirib ki, fənlərarası tədris Azərbaycanda realdır və bunu artıq praktikada görürük:

"Tutaq ki, bir neçə fənni özündə birləşdiriən təbiət fənni tədris olunmağa başlanılıb. Orada fizika, kimya, biologiya kimi fənlər tədris olunur. Yəni əvvəlki kimi hər bir fənn ayrı-ayrılıqda öyrədilməli deyil. Təhsilverən digər fənlərlə bağlı da qarşı tərəflə maraqlanmalıdır. Tutaq ki, Azərbaycan dili müəllimi şagirdin riyaziyyat biliklərini də, kimya biliklərini də, xarici dil biliklərini də ən azı sorğulamalıdır və oradakı nəticələri də təhlil etməlidir. Bir növ, müəllimdən bu istiqamətdə hərtərəflik tələb olunur və təbii ki, dünyanın əksər ölkəsində artıq bu prinsip tətbiqi qonulub və həyata keçirilir. Biz də zamanla artıq buna doğru inkişaf edirik. Fənlərin inteqrasiyası, fənlərarası əlaqələr və bu əlaqələrdən irəli gələrək şagirdə biliklərin ötürülməsi başlıca məqsəd daşıyır.

Amma hazırda bizdə məzmuna bağlıdır və təbii ki, müəllimin də əməkhaqqı məzmuna bağlı olduğu üçün müvafiq olaraq ani qərarları qəbul etməklə bağlı çətinlik çəkirik. Dərhal müəllimlərin əməkhaqqı məsələsi, işçilərin əməkhaqqı məsələsi önə çıxır. Yəni şagird qalır arxa planda. Halbuki dediyim kimi, əsas üstünlük şagirdin öyrənilməsinə yönəlməlidir və dövlət də bunun üçün maliyyə ayırır. Yəni bu gün şagird olmasa, etiraf edək ki nə müəllim olar, nə bir təhsil müəssisəsi olar. Təhsil müəssisəsi, müəllim, rəhbər işçi, texniki işçi və s. hamısı nə üçündür? Təbii ki, şagird üçün. Şagird varsa, proses təmin olunur. Şagird yoxdursa, heç kim orada olmayacaq. Və fənlərin dövrünün bitmə məsələsi də yəni gələcək planlar onu deməyə işarət edir ki, artıq müəllimdən hərtərəflik tələb olunacaq. Fənlər tədricən deyil, bilik və bacarıqlarını formalaşdıracaq biliklər şəklində onlara təqdim olunacaq. Fənlər ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə tədris olunacaq, yəni bir-birinə yaxın fənlər arasında şagirdin biliklərinin ötürülməsinin təmin edilməsinə üstünlük veriləcək. Biz bunu yaxın tarix üçün reallaşdıra bilməyəcəyik. Bunun üçün bizə müvafiq bir zaman lazımdır. Ən azı qarşıdakı on il, on beş il ərzində bəzi tədbirlər görüləcək. Yalnız ondan sonra da biz təhsildə dünya təhsili ilə ayaqlaşmaq və inkişafetmiş ölkələrin təhsil sisteminin tətbiqini reallaşdıra biləcəyik".

Amidə Zeynalova

Xəbər Lenti

Kanadalı professor AzMİU-da seminarlar keçirir: qabaqcıl İKT məsələləri müzakirə olunur16.12.2025 - 19:56
Dramaturq: Neft mövzusuna həsr olunan pyesi altı günə tamamlamışam16.12.2025 - 19:49
Professor İvana Bozdyexova: Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir16.12.2025 - 19:49
Çinin Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da olublar16.12.2025 - 19:45
Emin Əmrullayev: ''Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır''16.12.2025 - 19:30
Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib16.12.2025 - 19:22
Rektor: ''Xaricdən elmi tədqiqat təcrübəsi məqsədilə gələn tələbələrin sayı artıb''16.12.2025 - 19:15
Qlobal Forumda Azərbaycanın azad edilmiş ərazilərində mədəni irsin bərpasından söz açılıb16.12.2025 - 19:00
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı başlayıb16.12.2025 - 18:33
Professor: Bir dəfə kitabxanaya getməyən necə alim ola bilər?16.12.2025 - 18:16
Kanadalı professor AzMİU-da akademik səfərdədir16.12.2025 - 18:01
BMU-da “Karyera həftəsi” çərçivəsində növbəti sərgi təşkil olunub16.12.2025 - 17:47
Universitetlərdə süni intellektlə idarəetmə ön plana çıxır16.12.2025 - 17:31
FIFA ilin ən yaxşılarını açıqlayıb16.12.2025 - 17:14
Tovuzda “STEAM-la xeyir qığılcımı” adlı layihə həyata keçirilib16.12.2025 - 16:57
“Türkiyədə təhsil tələbəni yalnız öyrətmir, onu həyata hazırlayır” — Emil İsmayılov16.12.2025 - 16:40
Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub16.12.2025 - 16:34
Aİ ölkələrinin ətraf mühit nazirləri “Avropanın ətraf mühiti – 2030” sənədini təsdiqləyiblər16.12.2025 - 16:19
14 yaşlı qızı təhsildən kim yayındırıb?16.12.2025 - 16:16
Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb16.12.2025 - 16:08
Qəbul imtahanlarının çətinliyi-Açıqlama16.12.2025 - 16:00
Tələbə yerdəki 100 manatı götürərkən yıxılıb16.12.2025 - 15:45
Xərçəngin dərmanı görün hansı heyvanda imiş16.12.2025 - 15:25
Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən açıqlama16.12.2025 - 14:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər16.12.2025 - 14:35
Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar16.12.2025 - 14:18
Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib16.12.2025 - 13:45
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi16.12.2025 - 13:25
Orta məktəblər üçün yeni dərslik hazırlanacaq16.12.2025 - 13:10
"Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil" - Emin Əmrullayev16.12.2025 - 13:05
Maddi gəlirin artması üçün tələbə sayı azaldılmalıdır16.12.2025 - 12:58
Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq16.12.2025 - 12:47
Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir AÇIQLADI16.12.2025 - 12:35
İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA16.12.2025 - 12:25
Elm və təhsil naziri: "Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"16.12.2025 - 12:15
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub16.12.2025 - 12:00
Qarabağ Universitetində bəzi ixtisaslar beynəlxalq akkreditasiyadan keçib16.12.2025 - 11:25
MEMİM-in təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevirdə keçirilib - FOTOLAR16.12.2025 - 11:12
"Folklor İnstitutunun Türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri diqqəti cəlb edir"16.12.2025 - 10:55
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır16.12.2025 - 10:35
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır16.12.2025 - 10:20
Qəbul planını optimallaşdırmaq lazımdır16.12.2025 - 10:05
Taksi sürücüləri üçün test imtahanında 580 nəfər uğur qazanıb16.12.2025 - 09:55
Şagird sayı az olan məktəblərdə distant təhsil tətbiq ediləcək16.12.2025 - 09:40
Rəqəmsal təhsil məktəblər üçün nə dərəcədə faydalıdır?16.12.2025 - 09:25
BSU-da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib 16.12.2025 - 09:12
"Gecə Ovçusu"nun müəllifi Pərviz Rzalı yeni əsəri barədə danışdı16.12.2025 - 08:59