“Qəbul imtahanları həm ixtisas fənni olaraq sayı çoxdur yəni bir abituriyent 5-6 fəndən imtahan verməli olur”
Bu barədə “Təhsil 365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib. O qeyd edib ki, “əlbəttə ki sualların da çətinliyi diqqətdən yayınmır. Mən hesab edirəm ki, biz artıq böyük dəyişikliklə başa vurmalı və imtahanların sual sayı azaldılmalı və yaxud da çətinlik səviyyəsi aşağı salınmalıdır. Çünki həqiqətən də bu məsələ gənclər üçün mühüm məsələdir və mürəkkəbləşməyə doğru gedir”.
Ekspert qeyd edib ki, “xüsusən də blok imtahanlarının çətinliyi şagirdlərin psixoloji cəhətdən də sarsıdır. Valideyn uşağını hər fənn üzrə hazırlığa göndərir, bunun üçün müəyyən qədər maddi vəsait ayırır. Bununla yanaşı 4-cü qruplarda hətta 6 fəndən hazırlığa gedirlər. Bu da asan deyil. Çünki bütün proqramı hər fəndən öyrənməli olurlar”.
Ekspert onu da qeyd edib ki, “bu da şagirdlərin imtahan nəticələrinə də təsir edir. Valideynlər də narahatlıq keçirir. Düşünürəm ki, məsələn 5-ci qruplar yaxşıdır, amma məsələn 1-ci qruplar 2 dəfə riyazi fənlər üzrə deyil, onun yerinə informatika və kimyadan imtahan versələr daha effektiv olar. Həmçinin 3-cü qruplarda iki dəfə az dili verməkdənsə, onun yerinə coğrafiya və ədəbiyyat saxlanılsa daha yaxşı olar. Bu şəkildə fənn sayı azalar və dərs metodu yüngülləşər”
Sonda qeyd edib ki, “İmtahanın çətin olması abituriyentlərin daha savadlı olacağı anlamına gəlmir. İmtahan çətin olarsa, şagirdlərin daha çox stres yaşaması qaçılmazdır və bu, gələcək təhsil həyatına da təsir edir.”

