Bu gün Azərbaycanın mətbuat tarixinə mühüm töhfələr vermiş əməkdar jurnalist Aqşin Zəki oğlu Kazımzadənin anadan olmasının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1937-ci il dekabrın 17-də Bakıda dünyaya gəlib.
Uzun illər jurnalistika sahəsində çalışan Aqşin Kazımzadə, peşəkar fəaliyyətində obyektivlik və ictimai məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilib. Onun jurnalistikaya verdiyi töhfələr bir çox gənc qələm sahibinə nümunə olub.
Azərbaycan jurnalistikasının inkişafında xidmətlərinə görə ona "Azərbaycanın əməkdar jurnalisti" fəxri adı verilib. Aqşin Kazımzadə 2011-ci il iyunun 10-da Bakıda vəfat edib.
Onun xatirəsi həm jurnalist həmkarları, həm də oxucular tərəfindən daim ehtiramla yad edilir.

