17 dekabr 1980-ci ildə Bakıda anadan olan Dinarə Əliyeva bu gün Azərbaycanın və beynəlxalq musiqi aləminin tanınmış opera ifaçılarındandır.
"Tehsil365" xəbər verir ki, Güclü səsi, geniş diapazonu və səhnə xarizması ilə tanınan sənətçi Rusiya və Avropanın bir çox aparıcı opera səhnələrində uğurla çıxış edir.
Dinarə Əliyeva Azərbaycan Musiqi Akademiyasını bitirdikdən sonra Rusiya Böyük Teatrının solisti olub və burada bir sıra klassik operalarda əsas partiyaları ifa edib. O, “La Traviata”, “Toska”, “Aida”, “Manon Lesko” kimi əsərlərdə parlaq obrazları canlandırmaqla dünya musiqisevərlərinin rəğbətini qazanıb.
2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülən Dinarə Əliyeva milli musiqi mədəniyyətinin dünyada tanıdılmasında xüsusi xidmətləri ilə seçilir. O, həmçinin beynəlxalq festivallarda və solo konsertlərdə ölkəmizi ləyaqətlə təmsil edir.

