Bu gün, 17 dekabr 2020-ci il tarixində şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Asəf Ağayevin anım günüdür.
"Tehsil365" xəbər verir ki,Vətənə sədaqətlə xidmət edən Asəf Ağayev, Azərbaycan Ordusunun şücaətli zabitlərindən biri kimi ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak etmişdir. Onun xidmətləri və qəhrəmanlığı Vətən müharibəsi dönəmində xüsusilə yadda qalmışdır.
Baş leytenant Asəf Ağayevin fədakarlığı Azərbaycan xalqı tərəfindən daim hörmət və minnətdarlıqla xatırlanır. Şəhid zabitimizin əziz xatirəsi qəlblərdə yaşayacaq, onun göstərdiyi rəşadət gələcək nəsillər üçün örnək olacaqdır.
Allah rəhmət eləsin!

