1946-cı il dekabrın 17-si Güney Azərbaycanda milli soyqırım günüdür.
"Tehsil365" xəbər verir ki, O zamanlar Seyid Cəfər Pişərinin köməyi ilə qurulan Milli Hökuməti devirmək məqsədilə İran hökuməti Təbriz, Ərdəbil, Urmiya, Mərənd və digər şəhərlərdə genişmiqyaslı repressiyalar həyata keçirdi.
Dekabrın 9-da İran silahları Təbrizə daxil olaraq dekabrın 12-də Azərbaycan Demokrat Firqəsinin rəhbərləri və Pişəvəri hökumətinin üzvlərini həbs etdi. Bundan sonra Cənubi Azərbaycandakı milli hərəkatlara qarşı qırğınlar başlandı, yüzlərlə insan həlak oldu, minlərlə soydaşımız didərgin düşdü.
Bu qanlı hadisələr Güney Azərbaycan türklərinin yaddaşında dərin izlər buraxdı və həmin tarix mühacir təşkilatları tərəfindən “Milli Soyqırım Günü” kimi anılır.
Azərbaycan türklərinin milli hərəkatına və hüquqlarına qarşı bu qəddar siyasət xalqın yaddaşında əbədi qalacaqdır.

