1962-ci il dekabrın 17-də 95 nəfərin iştirakı ilə gizli yığıncaq keçirilərək "Milli Azərbaycan Qərargahı" (MAQ) təsis olundu.
"Tehsil365" xəbər verir ki, Təşkilatın sədri Oqtay Rəfili, sədr müavini isə Xudu Məmmədov seçildi. MAQ-ın rayonlarda da şöbələri yaradıldı və üzvləri yüksək vəzifələrdə çalışan azərbaycanlı kadrlar idi.
MAQ-ın əsas məqsədləri arasında rəhbər vəzifələrdə azərbaycanlıların təyin edilməsi, respublika büdcəsinə dair qərarların Moskva deyil, Bakıda verilməsi və milli oyanışın təşviqi yer alırdı. Təşkilat üzvləri bu istiqamətdə mühüm uğurlara imza ataraq bir neçə strateji vəzifəyə azərbaycanlı kadrların gətirilməsinə nail oldular.
Milli hərəkatın bu mühüm mərhələsi Azərbaycan xalqının öz hüquq və mənafeyini müdafiə etmək səylərinin göstəricisidir.

