Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 16 dekabr 2025-ci il tarixində III sinif şagirdi Nəcəfova Elnarənin nümünəvi dərsi təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərsdə şagirdin fəal iştirakı və yüksək səviyyədə hazırlığı diqqət çəkib.
Təhsil müəssisəsinin rəhbərliyi və müəllim heyəti belə dərslərin şagirdlərin bilik və bacarıqlarının inkişafında önəmli rol oynadığını vurğulayır. Nümayiş olunan dərs digər müəllimlər üçün də təcrübə mübadiləsi məqsədilə nümunə olaraq təqdim olunub.
Şagird və müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

