Təhsil 365 - Logo Mobile

Klinik psixoloq Fəridə Musavi: “Şizofreniya erkən diaqnoz qoyulmadıqda xroniki hala çevrilə bilər”

15117.12.2025 - 08:59
Klinik psixoloq Fəridə Musavi: “Şizofreniya erkən diaqnoz qoyulmadıqda xroniki hala çevrilə bilər”

Amerikan Psixoloqlar Assosiasiyasının üzvü, klinik psixoloq Fəridə Musavi ilə şizofreniya xəstəliyi, onun simptomları, səbəbləri və müalicə prosesi ilə bağlı reportaj apardıq.

"Tehsil365" xəbər verir ki, Mütəxəssis bildirib ki, bu xəstəlik cəmiyyət tərəfindən hələ də kifayət qədər doğru anlaşılmır və gec müdaxilə ağır nəticələrə səbəb ola bilər.

Şizofreniya nədir və əsas simptomları hansılardır?

Klinik psixoloqun sözlərinə görə, şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir və psixozun ən çox rast gəlinən formasıdır. Günümüzdə bu xəstəlik beynin fizioloji fəaliyyətindəki anormallıq kimi qəbul edilir. Dünya üzrə hər 1000 nəfərdən təxminən 100-də şizofreniyaya rast gəlinir.

“Xəstəliyin əsasında düşüncə və qavrayışın pozulması dayanır. İntellektual qabiliyyət əsasən qorunsa da, insanın fərdi xüsusiyyətləri və özünü idarə etmə bacarığı zəifləyir”, – deyə F.Musavi qeyd edib.

Ən çox müşahidə edilən simptomlara əsası olmayan düşüncələr (təqib olunma, zərər görmə, düşüncələrin oxunması), hallüsinasiyalar (olmayan səslərin eşidilməsi, əmr verən və ya təhqir edən səslər), katatoniya, davranış və hərəkət pozuntuları, emosiyaların azalması, özünə qapanma və az danışmaq daxildir.

Xəstəliyin səbəbləri nələrdir?

Mütəxəssis vurğulayıb ki, şizofreniya tək bir səbəblə bağlı deyil və əsasən bioloji faktorlar ön plandadır. Beyin fiziologiyasındakı dəyişikliklər xəstəliyin əsasını təşkil etsə də, psixoloji və ətraf mühit faktorları da xəstəliyin üzə çıxmasında rol oynaya bilər.

Müalicə prosesi necə aparılır?

Fəridə Musavi müalicə mərhələsinin ən çətin hissə olduğunu bildirib. Onun sözlərinə görə, xəstələr çox zaman özlərindəki dəyişiklikləri gec dərk edir və davranışlarını normal hesab edirlər. Bu da müalicəyə başlamağı çətinləşdirir.

“Şizofreniya təkcə psixoloqun müalicə edə biləcəyi xəstəlik deyil. İlkin mərhələdə psixoloq dəstəyi ilə bəzi hallarda müsbət nəticə əldə etmək mümkündür. Lakin xəstəlik irəlilədikdə psixiatr müdaxiləsi mütləqdir”, – deyə o əlavə edib.

Müalicə əsasən dərman vasitəsilə simptomların nəzarət altına alınması, xəstənin vəziyyətinin stabilləşdirilməsi və müalicəyə uyğunlaşdırılmasından ibarətdir. Psixoloji dəstək isə xəstənin vəziyyətini qəbul etməsi və gündəlik həyata adaptasiyası baxımından mühüm rol oynayır.

Cəmiyyətə inteqrasiya və erkən diaqnozun əhəmiyyəti

Klinik psixoloq xəbərdarlıq edib ki, diaqnoz gec qoyulduqda və ya müalicəyə məsuliyyətsiz yanaşıldıqda xəstəlik xroniki hala keçir və uğurlu nəticə əldə etmək xeyli çətinləşir. Bu səbəbdən erkən müdaxilə, ailə dəstəyi və cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Cümşüdova Gülbadam

Xəbər Lenti

Xəzərdə Macarıstan Universiteti ilə görüş baş tutub14.10.2026 - 19:52
Xəzərdə rəqəmsallaşma platforması təqdimatı baş tutub 14.10.2026 - 19:45
Bakıda Avropa Təhsil sərgisi14.10.2026 - 19:40
Xəzər məzunlarına beynəlxalq imkan yaradıldı14.10.2026 - 19:25
Süni intellekt təhlükəsi baş tutub14.10.2026 - 19:15
Dövlət saytlarına kiberhücum cəhdi olunub14.10.2026 - 19:10
Hövsanda məktəb mühafizəçisinə hücum olunub 14.10.2026 - 19:05
NDU-da layihə təqdimatı14.10.2026 - 19:00
BP-də çalışan məzunlardan seminar14.10.2026 - 18:45
UNEC-də ikili diplom proqramı14.10.2026 - 18:40
ADNSU-da seminar keçirildi14.10.2026 - 18:30
ADNSU Tələbələri Antalyada 14.10.2026 - 18:25
ADNSU-da yaşıl enerji təlimi14.10.2026 - 18:20
Anar Osmanlı Özbəkistanda 14.10.2026 - 18:10
Zaur Məmmədov: “Cənubi Qafqazın sabitlik adasına çevrilməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir”14.10.2026 - 18:06
Prezident təqaüdünə namizəd olanların çoxu kənd məktəbliləridir14.10.2026 - 17:42
BMU-da 4SİM-in dəstəyi ilə “Apple” Səlahiyyətli Təlim Mərkəzi açılıb14.10.2026 - 17:38
“Yeddi gözə” baleti İsveç məktəbinin repertuarına daxil edilib14.10.2026 - 17:35
YAP AzTU -da müşavirə təşkil edib14.10.2026 - 17:32
“ IV Beynəlxalq Quadrat” Nəsr Festivalında ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.14.10.2026 - 17:25
15 Oktyabr hava necə olacaq?14.10.2026 - 17:17
Azərbaycan kiberhücumların hədəfinə çevrilir14.10.2026 - 17:10
Əməkdar jurnalist vəfat etdi14.10.2026 - 17:05
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb14.10.2026 - 14:59
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq14.10.2026 - 14:54
Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib14.10.2026 - 14:52
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert14.10.2026 - 14:47
Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır14.10.2026 - 14:36
QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır14.10.2026 - 14:33
Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər14.10.2026 - 14:30
Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib14.10.2026 - 14:28
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq14.10.2026 - 14:25
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir14.10.2026 - 14:19
Polimer Materialları İnstitutunun əməkdaşları SOCAR Karbamid zavodunda14.10.2026 - 14:17
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər14.10.2026 - 14:14
Məhkumlar üçün peşə təhsili standartları yenilənir14.10.2026 - 14:12
Kəlağayı Azərbaycanın milli kimliyinin simvoludur14.10.2026 - 14:10
“Gənclər kəlağayıdan daha çox istifadə etməlidir”14.10.2026 - 14:06
Ramil Əhmədin “Yeddi Kölgə” kitabının təqdimatı keçiriləcək14.10.2026 - 12:56
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib14.10.2026 - 12:27
"Minalardan azad dünya" adlı fotosərgi keçirilib14.10.2026 - 12:25
Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir14.10.2026 - 12:14
Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov: "İnsanın həyatından zövq alması üçün öz dəyərini başqalarının nailiyyətləri ilə ölçməməsi vacibdir" 14.10.2026 - 11:52
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq14.10.2026 - 11:39
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı14.10.2026 - 11:36
2012-ci ilin rekordu yada düşdü14.10.2026 - 11:33
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir14.10.2026 - 11:28
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı14.10.2026 - 11:21