Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub.
“Tehsil365” xəbər verir ki, Tədbir "Konstitusiya və Suverenlik İli"nə həsr olunub.
Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, onların elmi fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.
İki gün davam edəcək konfrans çərçivəsində "Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri", "Elm əsaslı innovasiya" kimi aktual mövzularda panel müzakirələr keçiriləcək. Həmçinin müxtəlif elmi istiqamətləri əhatə edən məruzələrlə çıxışlar da təşkil olunacaq.

