Təhsil 365 - Logo Mobile

Elşən Qafarov: “Heç bir dövlətin təhsil naziri sevinə-sevinə, gülə-gülə elan etmir ki, bu qədər məktəb bağlamışıq"

8717.12.2025 - 09:30
Elşən Qafarov: “Heç bir dövlətin təhsil naziri sevinə-sevinə, gülə-gülə elan etmir ki, bu qədər məktəb bağlamışıq"

Elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib ki, “Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?”

Tehsil365” Pravda.az-a istinadən xəbər verir ki, E.Əmrullayevin çıxışına münasibət bildirən təhsil eksperti Elşən Qafarov açıqlamasında bildirib ki, nazirin bu açıqlaması əslində məqsədlidir:

“Uzun müddətdir ki, nazir cəmiyyətdə aqressiya yaradacaq çıxışlar edir. Nazirin söz ehtiyatı da böyükdür. Vəziyyəti daha yumşaq formada izah edə bilər, ancaq nə üçün cümlələri bu formada qurur? Cəmiyyətin və mətbuatın fikrini təhsildə olan real problemlərdən yayındırmaq məqsədi güdür. Bunu da uğurla bacarır. Bir müddət öncə 8 saatlıq iş mövzusu iki həftə müzakirə edildi. Daha sonra ibtidai siniflərdə iki müəlimin dərs deməsi, indi də ortalıq sakitləşəndən sonra sular durulduqca mənzərə açıq görünür. Daha sonra bir sıra fikirlər söyləndi, ən azı yeni ilin sonuna kimi bu fikirlər manşet olacaq. Nəticə etibarilə yenə fikirlər təhsildəki real vəziyyətdən yayınacaq”.

E. Qafarov onu da əlavə edib ki, təqribən üç il öncə Azərbaycanda 89 600, təqribən 90 000 sinif olub: “Hazırda 75 000 civarındadır. Şəhər yerlərində siniflərin açılmasının qarşısı alınır və siniflərdə şagird sıxlığı süni şəkildə artır. Qanunvericiliyə görə bir sinifdə 20-24 şagird olmalıdır. 30-35, 40-45 şagirdli siniflərimiz var. Təbii ki, şagirdlərin sayının süni şəkildə artırılması tədrisə mənfi təsir göstərəcək. “Şagird yaxşı öyrənmirsə müəllimə nə üçün əmək haqqı verməliyik?” kimi aqressiya dolu fikrin səslənməsi məqsədlidir. Eyni sualı nazirin özünə vermək istəyirəm. Emin Əmrullayev nazir kimi işinin öhdəsindən gələ bilmir. Elm və təhsil naziridir, ancaq hər hansısa bir yerdə elmi məqaləsi, araşdırması yoxdur. Hər hansı bir yerdə təhsillə bağlı araşdırması yoxdur. Statistikanı açıqlaması araşdırma sayılmır. Bu gün Azərbaycan tarixində, ümumiyyətlə, dünyada ən çox məktəb bağlayan nazir kimi tarixə düşür. Dünyada təqribən 220-dən artıq dövlət var. Heç bir dövlətin təhsil naziri sevinə-sevinə, gülə-gülə elan etmir ki, bu qədər məktəb bağlamışıq. Eyni zamanda vəziyyəti görürük, istər məktəbəqədər, ümumtəhsil, peşə, istərsə də ali təhsildə. Emin Əmrullayev təhsilin təməlini, strukturunu dağıdır, bilə-bilə edir. Təhsil sistemində yerləşdirilən və Emin Əmrullayev tərəfindən rəhbərlik edilən gizli şəbəkə var. Azərbaycan təhsili timsalında gələcəyimizi böyük zərbələr vururlar. Eyni sualı Emin bəyə də vermək olar, onda siz də təhsil naziri kimi özünüzü doğrultmamısınız və dövlət sizə niyə maaş verməlidir? Halbuki Emin Əmrullayev təhsil sisteminə gətirdiyi şəxslərə paketlər paylayır. Regional müdirlərə 5-6 min paket, sektor müdirlərinə 1 500, agentlik müdirlərinə 10 000, özünün yaxın ətrafına 10 000-15 000 aylıq paket verir. Hələ əmək haqqından başqa. Düşünürəm ki, özünü təhsil naziri kimi doğrultmadığı üçün əmək haqqı verilməməlidir. Hazırki vəziyyətdə heç bir effekt almaq mümkün deyil. Cənab Prezidentin dediyi kimi, nəyi necə, nə vaxt etmək lazımdır, bunu dövlət başçısı bilir. Mən düşünürəm ki, yaxın vaxtlarda Emin Əmrullayev və onun təhsili dağıdan dostları haqqında müvafiq tədbirlər görüləcək”.

Amidə Zeynalova

Xəbər Lenti

Şuşada bayram yarmarkası keçirilir22.12.2025 - 19:54
“BeKind” cəmiyyətinin təsisçisi: Hər bir uşaq üçün öz sehrbazı tapılıb22.12.2025 - 19:48
“İmtahan çətin deyil, reallıq çətindir” — Məleykə Abbaszadə22.12.2025 - 19:34
Afrika Millətlər Kubokunda daha iki oyun keçirilib22.12.2025 - 19:29
Almaniyaya 141 nəfər Əfqanıstan vətəndaşı gətirilib22.12.2025 - 19:12
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi22.12.2025 - 19:08
Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub22.12.2025 - 19:00
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi ilə görüşüb22.12.2025 - 18:49
Misli Premyer Liqasında ilin son oyunu Sumqayıtda keçirilib22.12.2025 - 18:38
Padel üzrə ilk Azərbaycan çempionatına start verilib22.12.2025 - 18:27
Bakıda bacı və qardaş faciəli şəkildə öldülər22.12.2025 - 18:14
Sabahın hava proqnozu - 23.12.202522.12.2025 - 17:58
"Meydan TV işi" üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub22.12.2025 - 17:40
Ölkəyə qanunsuz gətirilən tibbi vasitələr aşkarlandı22.12.2025 - 17:29
İran kosmik fəzaya üç peyk buraxacaq22.12.2025 - 17:14
ADU ilə Qazaxıstanın Milli Avrasiya Universiteti arasında akademik əməkdaşlıq genişlənir22.12.2025 - 17:00
“K.Abdulla yaradıcılığında “Dədə Qorqud” mövzusu”nda dəyirmi masa keçirilib22.12.2025 - 16:42
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib22.12.2025 - 16:25
“5–30 İntellektual Festival” layihəsinin açılış mərasimi keçirilib22.12.2025 - 16:20
“Mədəni-tarixi metod” mövzusunda elmi seminar keçirilib22.12.2025 - 16:10
“Hüquq və dillərin vəhdəti” mövzusunda tədbir keçirilib22.12.2025 - 15:55
ADU-da “Süni İntellekt və Xarici Dillər” mövzusunda maarifləndirici tədbir keçirilib22.12.2025 - 15:40
ADU-da TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib22.12.2025 - 15:25
ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib22.12.2025 - 15:10
BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır22.12.2025 - 14:53
Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümüdür22.12.2025 - 14:48
ADU-da IV kurs tələbələri üçün TKT Module 3 üzrə təlim keçirilib - FOTO22.12.2025 - 14:40
ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 14:35
İlham Əliyev sərəncam imzaladı - FOTO22.12.2025 - 14:29
Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib22.12.2025 - 14:23
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb22.12.2025 - 14:18
LDU daha bir nüfuzlu beynəlxalq reytinqdə yer alıb22.12.2025 - 14:07
Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikəcək22.12.2025 - 14:00
26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı22.12.2025 - 13:56
Bu imtahanın nəticəsi elan edilib22.12.2025 - 13:52
Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 13:48
BMU Çinin Fudan Universiteti ilə əməkdaşlığa başlayır - FOTOLAR22.12.2025 - 13:43
Şərqşünas alim Duysburqda türkəsilli ədiblərlə görüşüb - FOTO22.12.2025 - 13:41
DİM bu şəxslər üçün imtahan keçirəcək22.12.2025 - 13:39
Milli Süni İntellekt Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib22.12.2025 - 13:34
Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun gənc alimləri ilə görüşüb - FOTO22.12.2025 - 13:30
Türkiyənin Qars Qafqaz Universitetinin professoru BDU-da ustad dərsi keçib - FOTO22.12.2025 - 13:25
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir22.12.2025 - 13:20
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə 17 layihə və müsabiqə həyata keçirib - FOTO22.12.2025 - 13:10
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçirilib - FOTOLAR22.12.2025 - 12:56
Təhsil Agentliyi "Cambridge University Press & Assessment"lə müqavilə bağlayıb22.12.2025 - 12:48
13 yaşlı qız evli qohumundan hamilə qaldı 22.12.2025 - 12:39
Media savadlılığı məktəbdən başlayır22.12.2025 - 12:28