17 iyun 2025-ci il tarixində xüsusi yoxlama alqoritmləri əsasında nəticələri şübhə doğuran, eləcə də üzərlərində qanunsuz texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
“Tehsil365” xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, buraxılış və qəbul imtahanlarında istifadə üçün qanunsuz texniki vasitələr hazırlayan və satan şəxslərlə bağlı cinayət işi artıq məhkəməyə göndərilib. Araşdırmalar davam edir.
Cinayət işi üzrə kömək edilməsi nəzərdə tutulan 11 abituriyent şahid qismində ifadə verərək əməllərini etiraf ediblər.

