Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz STEAM Mərkəzi tərəfindən “STEAM-la xeyir qığılcımı” adlı sosial layihə icra olunub.
“Tehsil365” xəbər verir ki, Layihə çərçivəsində Tovuz rayon Orxan Cabbarov adına Qovlar şəhər internat tipli gimnaziyada xüsusi təhsilə cəlb olunmuş şagirdlərlə görüş keçirilib. Görüş zamanı şagirdlər üçün maraqlı və interaktiv STEAM ustad dərsi təqdim olunub.
Dərs prosesində müxtəlif yarışlar və əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin öyrənmə marağı artırılıb, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, əyləncəli və motivasiyaedici mühit yaradılıb.
Layihənin əsas məqsədi inklüziv təhsilin dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təlim prosesinə marağını artırmaq və onlara sosial dəstək göstərməkdir.

