Ədliyyə Nazirliyinin Akademiyasına rektor təyin edilməsi barədə məlumat vermişdik.
“Tehsil365” Oxu24.com-a istinadən xəbər verir ki,Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının yeni rektoru Rövşən Rəhim oğlu İsmayılov
Xəzər Universitetinin sabiq müəllimi olub.
Rövşən İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub.
1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və həmin ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim vəzifəsində çalışıb.
2006-cı ildən dosentdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.

