“Son illər təhsil sistemində artan dərs yükü və imtahan təzyiqi tələbələrin psixoloji vəziyyətinə mənfi təsir göstərir. Xüsusilə gənclər arasında stress, yorğunluq və motivasiya itkisi halları daha çox müşahidə olunur”
Bu sözləri “Tehsil365”ə açıqlamşasında Psixoloq Cəmilə Rəhimli bildirib. Psixoloqun sözlərinə görə, davamlı akademik təzyiq tələbələrin emosional balansını poza bilər.
“Dərs yükünün çoxluğu və yüksək gözləntilər gənclərdə narahatlıq və özgüvən problemləri yaradır. Bu vəziyyət uzun müddət davam etdikdə psixoloji sağlamlığa ciddi təsir göstərə bilər,” – deyə psixoloq bildirib.
Sonda qeyd olunub ki, tələbələrin psixoloji rifahının qorunması üçün təhsil mühitində balans yaradılmalı, psixoloji dəstək mexanizmləri gücləndirilməlidir

