Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim – mismar təhlükəsiz şəkildə çıxarılıb.
"Tehsil365" xəbər verir ki, bu gün səhər saatlarında azyaşlı oğlanın valideynləri övladlarının səhhətində yaranan narahatlıq səbəbilə Xəzər Tibb Mərkəzinin poliklinika şöbəsinə müraciət ediblər. Müayinələr zamanı uşağın mədəsində mismar olduğu müəyyən edilib.
Həkim-qastroenteroloq Gülnar Ağayeva tərəfindən həyata keçirilən endoskopik müdaxilə nəticəsində yad cisim uğurla çıxarılıb. Prosedur fəsadsız keçib və pasiyentin vəziyyəti hazırda stabildir.
Mütəxəssislər qeyd edirlər ki, vaxtında tibbi müdaxilə ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayıb. Valideynlərə övladlarına nəzarəti artırmaq tövsiyə olunur.

