2025-ci il dekabrın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanı baş tutub.
"Tehsil365" xəbər verir ki, imtahanda ümumilikdə 15 nəfər iştirak edib. Namizədlər imtahan nəticələrini ETS-in rəsmi saytında şəxsi hesabları vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə biləcəklər.
Məlumatda o da qeyd olunur ki, növbəti TOEFL iBT imtahanı 2026-cı il yanvarın 14-də keçiriləcək.
Qeydiyyat qaydaları və digər ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt

