Böyük Britaniya 2027-ci ildən etibarən Avropa İttifaqının Erasmus+ tələbə və müəllim mübadiləsi proqramına yenidən qoşulacaq. Bu qərar Brexitdən sonra ölkənin Avropa təhsil məkanına atdığı ilk ciddi addımlardan biri kimi qiymətləndirilir.
"Tehsil365" xəbər verir ki, proqramın bərpası təxminən 100 min tələbə və müəllim üçün yeni akademik mobillik imkanları yaradacaq. Erasmus+ çərçivəsində iştirakçılar Avropanın müxtəlif universitetlərində təhsil almaq, təcrübə keçmək və elmi əməkdaşlıq qurmaq imkanına sahib olacaqlar.
Rəsmi açıqlamalarda bildirilir ki, bu addımın əsas məqsədi Böyük Britaniya ilə Avropa ölkələri arasında təhsil və elmi əlaqələri gücləndirmək, beynəlxalq təcrübə mübadiləsini genişləndirməkdir.
Təhsil ekspertləri isə qərarın həm tələbələr, həm də ali təhsil müəssisələri üçün müsbət nəticələr verəcəyini bildirirlər.

