Yeni tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.
"Tehsil365" xəbər verir ki, Qeyd olunub ki, son iki il ərzində regionda 100-dən çox məktəbdə cari, 1 məktəbdə əsaslı təmir işləri həyata keçirilib, 8 məktəb binası isə sökülərək yenidən inşa olunub.
Regional Təhsil İdarəsinin məlumatına görə, təhsil müəssisələrində təmir və tikinti işləri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Məqsəd şagirdlər üçün təhlükəsiz və müasir tədris mühiti yaratmaqdır.

