Böyük Britaniya universitetlərində esse fırıldaqçılığının geniş yayıldığını ortaya çıxarıb.
"Tehsil365" xəbər verir ki, 2022-ci ilin aprelindən etibarən İngiltərədə 16 yaşdan yuxarı tələbələr üçün esse yazdırmaq qanunsuz hesab olunur. Lakin indiyə qədər bu qanun çərçivəsində heç bir cinayət işi açılmayıb.
Keçmiş müəllimlər və tələbələrlə söhbətlərdə esse fırıldaqçılığını “açıq sirr” kimi təsvir edib. Onlardan biri, “nümunəvi cavab” esseləri satmaqla milyonlarla gəlir əldə etdiyini iddia edən bir iş adamıdır.
Universities UK təşkilatı isə 141 təhsil müəssisəsini təmsil edərək, özlərinə məxsus olmayan işləri təqdim edən tələbələrə qarşı “sərt cəzalar” tətbiq olunduğunu bildirib.
Məsələ ilə bağlı müvafiq qurumlar fırıldaqçılığın qarşısının alınması üçün tədbirlərin gücləndirilməsini davam etdirir.

