16 dekabr 2025-ci il tarixində 5a sinfi üzrə İngilis dili fənnindən "Where's Home? (Listening and Vocabulary)" mövzusunda nümunəvi dərs təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərs Məşimova Günay müəllimə tərəfindən aparılıb.
Dərsdinləmə Ümumi təhsildə keyfiyyətin nəzarət sisteminin 1.1 bəndinə uyğun olaraq həyata keçirilib. Dinləyici qismində Bayramova Sevinc, Əhmədova Günay və Hüseynova İntizar iştirak ediblər.
Dərs zamanı şagirdlərin dinləmə və söz ehtiyatının artırılması üzrə fəaliyyətlərə üstünlük verilib. Təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılan dərsdinləmə müsbət qiymətləndirilib.

