Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universiteti arasında "Optoelektronika", "Yarımkeçirici cihazlar və texnologiyalar" və "Mikroelektronika və nanoelektronika" ixtisasları üzrə ikili magistr dərəcələrinin verilməsi haqqında müqavilə imzalanıb.
"Tehsil365" xəbər verir ki, Müqavilənin məqsədi iki universitet arasında akademik əməkdaşlığı gücləndirmək və tələbələr üçün beynəlxalq səviyyədə təhsil imkanlarını genişləndirməkdir. Bu proqram çərçivəsində magistr tələbələri həm BDU-də, həm də Anhui Universitetində təhsil alaraq iki diplom əldə etmək imkanı qazanacaqlar.

