Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024-2025-ci tədris ili ərzində tələbələrlə iş və tədbirlərin təşkili sahəsində görülən işlərə dair hesabat təqdim edilib.
"Tehsil365" xəbər verir ki, Hesabatda vurğulanır ki, universitetin “Ənənələrə sadiq, yeniliklərə açıq universitet” prinsipi əsasında həyata keçirilən sosial fəaliyyətlər tələbələrin inkişafına, dövlət proqramlarının icrasına və universitet həyatının daha da zənginləşdirilməsinə xidmət edir.
2024-2025-ci tədris ili ərzində ümumilikdə 808 tədbir təşkil olunub. Bunlardan 160-ı onlayn, 648-i isə ənənəvi formada keçirilib. Tədbirlər arasında seminarlar, görüşlər, müsabiqələr, ekskursiyalar və müxtəlif maarifləndirici layihələr yer alıb.
Sosial fəaliyyətlər əsasən fakültələr, şöbələr və tələbə təşkilatları ilə əməkdaşlıq, dövlət proqramlarının icrası, fərdi layihə və təşəbbüslərin dəstəklənməsi, həmçinin tələbələrin sosial və akademik inkişafının təmin olunması istiqamətində həyata keçirilib.

