Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində mühüm addım atılıb.
“Tehsil365” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov tərəfindən müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, beynəlxalq ikili diplom proqramlarının icrasını dəstəkləmək və bu sahədə sistemli yanaşmanı təmin etmək məqsədilə Tədbirlər Planı təsdiq olunub.
Sənəddə ali təhsil müəssisələrinin xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, keyfiyyətli kadr hazırlığı, tədrisin beynəlmiləlləşdirilməsi və tələbələr üçün rəqabətqabiliyyətli təhsil imkanlarının yaradılması nəzərdə tutulur.

