Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan 9 təhsil müəssisəsində artıq kağız jurnalla yanaşı elektron jurnal sisteminin tətbiqinə başlanılıb.
“Tehsil365” xəbər verir ki, bu istiqamətdə aparılan işlər davam etdirilir və yaxın gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə isə 2025-2026-cı tədris ilindən etibarən elektron jurnalların istifadəsinə start verilib. Proses "Rəqəmsal məktəb" platforması üzərindən həyata keçirilir.
Elektron jurnalların tətbiqi şagirdlərin qiymətləndirilmə prosesinin rəqəmsallaşdırılmasına, eyni zamanda valideynlərlə məktəbin əlaqəsinin daha operativ və şəffaf qurulmasına xidmət edir.

