Təhsil 365 - Logo Mobile

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

11117.12.2025 - 17:03
Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov) doğum günündə məzarı başında yad edilib.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin birgə təşkilatçılığı ilə Osman Sarıvəllinin anadan olmasının 120 illiyi münasibətilə İkinci Şıxlı kəndində şairin məzarı başında keçirilən “Poeziya saatı”nda Osman Sarıvəlli sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər onun yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Öncə şairin və onunla birgə eyni qəbiristanlıqda uyuyan övladlarının məzarı üstünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal O.Sarıvəllinin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və orada Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji Texnikumunda müəllim (1932–1935), Bakı Teatr Texnikumunda müdir (1939–1940), Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib. 1990-cı il iyulun 2-də Bakıda vəfat edib və doğulduğu İkinci Şıxlı kəndində dəfn edilib.

Bildirib ki, Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə işıq üzü görüb. Şairin təltif və mükafatlarını qeyd edən B.Vüsal bildirib ki, O.Sarıvəlli "Azərbaycan SSR xalq şairi" fəxri adına, "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", "Xalqlar Dostluğu", "Şərəf nişanı" ordenlərinə, "Əməkdə fərqlənməyə görə" medalına layiq görülüb. B.Vüsal Xalq şairinin “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, “Gətir, oğlum, gətir”, “Gənclik eşqi”, “Bahar çiçəkləri”, “Yeni dünyanın qapısı”, “İqlimdən-iqlimə”, “Sabahı yaradanlar”, “Seçilmiş əsərləri” (üç cilddə), “Hər kim yüz il yaşamasa”, “Mən sabaha gedirəm”, “Kür qırağında”, “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Qüdrətli şair, ustad sənətkar” adlı kitabların müəllifi olduğunu diqqətə çatdırıb.

İllər ötsə də, böyük şairin hər zaman ehtiramla anıldığını, əziz xatirəsinin daim qəlblərdə yaşadığı bildirilib. Gənc yazarların bu gün də həmin poeziyadan bəhrələndiyi qeyd edilib. Azərbaycan poeziyasında yeni mərhələnin açılmasında Osman Sarıvəllinin danılmaz xidmətləri olduğu vurğulanıb. Bildirilib ki, O.Sarıvəlli Azərbaycanın, doğma Qazaxın adını, şərəfini, şöhrətini öz əsərləri ilə hər zaman uca tutub, yaşadıb.

Tədbirdə Xalq şairinə həsr olunmuş, eləcə də özünün vaxtilə qələmə aldığı şeirləri səsləndirilib.

Aşıq Saqif Məzəmli Xalq şairinin şeirini saz havası üstə təqdim edərək əziz xatirəsini ehtiramla anıb.

Alsu İsmayılova

Xəbər Lenti

Narın sağlamlığa faydaları20.12.2025 - 19:38
Həftəsonu yola çıxacaq sürücülərə xəbərdarlıq 20.12.2025 - 19:22
Li Çayld: Britaniya məktəblərində triller janrına yer verilməlidir20.12.2025 - 19:08
Batumidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub20.12.2025 - 18:52
Məktəblilər arasında təhlükə: Siqaretə alternativ "snus"un mənfi təsirləri nələrdir?20.12.2025 - 18:36
Dünyanın ən soyuq yaşayış yeri Rusiyada qeydə alındı20.12.2025 - 18:22
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir20.12.2025 - 18:07
“Media Savadlılığı” Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə təlimlər keçirilib20.12.2025 - 17:54
Milli Teatrın yeni tamaşası: "Kral Lir" gürcü rejissorun quruluşunda20.12.2025 - 17:37
Monteneqro Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib20.12.2025 - 17:18
ADU-da Türkiyənin tanınmış alimləri ilə görüş keçirilib20.12.2025 - 17:00
ADNSU-nun da Kitabxana İnformasiya Mərkəzində innovativ xidmətlər mövzusunda infosessiya keçirilib20.12.2025 - 16:40
Autizmli gənclərin sosiallaşması və məşğulluğu mövzusunda dərs təşkil olunub20.12.2025 - 16:25
“Azerbaycan edebiyatında tür ve şekiller” adlı kitab çap olunub20.12.2025 - 16:10
Qazaxıstanın Milli Avrasiya Universitetinin nümayəndə heyəti ADU-da qonaq olub 20.12.2025 - 15:55
“Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı nəşr olunub20.12.2025 - 15:40
ADU nümayəndələri “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda konfransda iştirak edib20.12.2025 - 15:25
İsrail Məmmədov - “Ağbaba Qartalı” 20.12.2025 - 15:22
ADU-nun müəllimi beynəlxalq sertifikatlara layiq görülüb 20.12.2025 - 15:10
"600-dən çox bal toplayaraq qəbul olanlara 250 manat təqaüd verilir"20.12.2025 - 14:55
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib20.12.2025 - 14:45
Buraxılış imtahanının vaxtı dəyişəcək? - DİM sədri20.12.2025 - 14:30
“O vaxt 600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik”20.12.2025 - 14:15
Bu mürəbbələr şəfa qaynağıdır20.12.2025 - 13:58
Ayda nüvə reaktoru quracaqlar20.12.2025 - 13:46
İstirahət günü hava necə olacaq? - 21.12.202520.12.2025 - 13:30
Rektor:Texnologiya artıq təhsilin köməkçisi deyil, təhsil modelinin özüdür20.12.2025 - 13:16
Azyaşlı qız dəm qazından boğularaq öldü20.12.2025 - 13:00
14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu20.12.2025 - 12:48
Kitab oxumağın beyinə faydaları açıqlanıb20.12.2025 - 12:36
Burada hər şey buzdandır20.12.2025 - 12:17
Magistral yollarda görmə məhdudlaşacaq20.12.2025 - 12:02
Çinli tələbələr təhsil strategiyasını dəyişir20.12.2025 - 11:50
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyi qeyd olunub20.12.2025 - 11:35
“Analitik kimya və instrumental analiz” dərsliyi nəşr olunub20.12.2025 - 11:15
600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik20.12.2025 - 10:50
Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə çap olunub20.12.2025 - 10:30
Sabahın hava proqnozu açıqlanıb20.12.2025 - 10:17
ADNSU-da effektiv kommunikasiya ilə bağlı təlim keçirilib20.12.2025 - 10:05
"Özünü “təhsil eksperti” kimi göstərənlərin çoxu biznesmenlərdir"20.12.2025 - 09:50
“DİM həmişə bir addım öndədir”20.12.2025 - 09:25
"Valideynlər övladlarını ədalətsiz yanaşmağa təşviq edir"20.12.2025 - 09:12
"Bəhai İcması Azərbaycan mədəniyyəti və multikulturalizmi kontekstində" mövzusunda konfrans keçirildi20.12.2025 - 08:59
Qəzzadakı doktorant və ailəsi Böyük Britaniyaya təxliyə edildi20.12.2025 - 08:46
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib20.12.2025 - 08:20
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənət Kollecində qabiliyyət imtahanlarında dəyişikliklər20.12.2025 - 08:07
Gürcüstanda ali təhsillə bağlı mühüm dəyişikliklər 20.12.2025 - 07:57
Kembric ingilis dili kvalifikasiyaları ilə azyaşlıların dil öyrənməsi dəstəklənir20.12.2025 - 07:54