Bu gün tanınmış teatr və kino aktrisası, Azərbaycanın xalq artisti, Prezident mükafatçısı Mehriban Mürvət qızı Zəkinin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1966-cı il dekabrın 18-də Bakı şəhərində anadan olub.
Peşəkar səhnə fəaliyyətinə gənc yaşlarında başlayan Mehriban Zəki teatrda və kinoda yaratdığı parlaq obrazlarla tamaşaçı rəğbəti qazanıb. Onun ifasında canlandırdığı rollar dərin psixoloji təsir və sənətkarlıqla seçilir.
Mehriban Zəkinin Azərbaycan mədəniyyətindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2018-ci ildə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülüb, həmçinin Prezident mükafatına layiq görülüb.
Aktrisa bu gün də fəal yaradıcılıqla məşğuldur, teatr səhnəsində və televiziya layihələrində uğurla çıxış edir. Onun sənəti ölkənin mədəni həyatında önəmli yer tutur.

