Bu gün Azərbaycanın görkəmli teatr və opera xadimi, bariton səsli müğənni və ictimai xadim Məhəmməd Hənəfi Terequlovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 18 dekabr 1942-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
1877-ci il noyabrın 19-da Tiflisdə anadan olan Terequlov Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoymuş sənətkarlardandır. O, təkcə aktyor və opera ifaçısı kimi deyil, həm də ölkəmizdə opera xorunun yaradıcılarından biri kimi tanınır.
Zəngin səhnə təcrübəsi və bariton səsi ilə yadda qalan sənətkar milli teatrın inkişafında mühüm rol oynayıb, bir çox tamaşalarda və musiqili əsərlərdə uğurla çıxış edib.
Məhəmməd Hənəfi Terequlovun irsi bu gün də Azərbaycan musiqi və teatr sənətində dəyərli miras kimi qorunub saxlanılır. Onun xatirəsi ehtiramla yad olunur.

