Dekabrın 18-i Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, rəssam Ucal Haqverdiyev — pravoslavlığı qəbul etdikdən sonra Pyotr Haqverdiyev kimi tanınan sənətkarın vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1960-cı il iyunun 9-da Bakıda dünyaya gələn rəssam yaradıcılığı ilə Azərbaycan incəsənətinə dəyərli töhfələr vermişdir. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi.
Pyotr Haqverdiyev özünəməxsus üslubu, fəlsəfi dünyagörüşü və dərin məna daşıyan əsərləri ilə seçilirdi. Onun əsərləri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də sərgilənmiş və yüksək dəyərləndirilmişdir.
2004-cü ilin dekabrında Bakıda vəfat edən rəssamın yaradıcılığı bu gün də sənətsevərlər tərəfindən rəğbətlə yad edilir. Onun xatirəsi Azərbaycan incəsənətində silinməz iz qoymuş sənətkar kimi daim yaşayacaq.

