1954-cü il dekabrın 18-də görkəmli teatrşünas və rejissor Şaiq Səfərov anadan olub (1954–2022).
"Tehsil365" xəbər verir ki, O, müxtəlif teatrlarda fəaliyyət göstərərək Azərbaycanın teatr sahəsinin inkişafına mühüm töhfələr verib.
Şaiq Səfərov ölkəmizin beynəlxalq teatr tədbirlərinin təşkilində fəal iştirak edib və xaricdə keçirilən teatr forumlarında Azərbaycanı layiqincə təmsil edib. Onun teatr sənətinə bağlılığı və peşəkarlığı Azərbaycan mədəniyyətində uzun müddət yadda qalacaq.

